"Euro" standartı atmosferə atılan tullantıların normalarının miqdarını əks etdirir
Azərbaycan "Azərbaycanda yaxın vaxtlarda Euro-4 ekoloji standartının gözlənilən tətbiqi ilə bağlı ictimai maraq çox böyükdür".
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Komitə sədri Azərbaycanın birdən birə «Euro-2»-dən «Euro-4» ekoloji standartına keçməsinə də aydınlıq gətirib.
SMPDK-nın sədri, Ramiz Həsənov: «2012-ci ildə ölkəyə «Euro-3» standartına cavab verən 64 min avtomobil gətirilib ki, bunun da 27 mini işlənmiş maşınlar olub. Ötən il isə 100 mindən artıq maşın idxal olunub və bunun 50 min ədədi işlənilmiş avtomobillərdir. Bunu nəzərə alaraq, biz bir başa «Euro-4» ekoloji standarta keçməyi qərar verdik», - deyə R.Həsənov vurğulayıb. Onun sözlərinə görə, «Euro» standartı atmosferə atılan tullantıların normalarının miqdarını əks etdirir: «Bu gün Avropa ölkələrində «Euro-5» standartı tətbiq olunur. Ümumilikdə isə 6 standart var ki, onun da ən sərti «Euro-6»-dır.
Sorğu
Yeni dizaynımız necədir?