Bu haqda 7Gun.az saytının rəhbəri Cavid Şirəliyev öz facebook səhifəsində məlumat yayıb. Həmin məlumatı olduğu kimi GundemXeber.Az-ın oxucularına təqdim edirik:
''Masallı rayon İcra Hakimiyyətinin sabiq Başçısı Rafil Hüseynov şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi tələbilə məhkəməyə müraciət etmişdi. Səmimi desəm mənim məhkəmədən ədalətli və obyektiv gözləntim yox idi. Bilirdim ki, məhkəmələr sözdə müstəqil və yalnız qanunlara tabe olsalar da, lakin reallığda bu belə deyil. Məlum olan odur ki, ölkənin hətta məhkəmə sistemi bərbad və rəzil gündədir. Məhkəmələr hansısa müstəqil qərar qəbul edə bilmir, hakimiyyətim yuxarı dairələrindən verilən bütün sifariş və tapşırıqları sözsüz icra edirlər.
Uzun sürən məhkəmə şousundan sonra, hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan 04 noyabr 2019-cu il tarixdə Masallı rayon Məhkəməsinin hakimi Habil Bəhmənov Rafil Hüseynovun iddiasını qismən təmin edən qətnamə qəbul edərək məni 300 manat cərimələyib. Mən sözügedən qətnamədən apellyasiya şikayəti verəcəyəm. Hesab edirəm ki, birinci instansiya məhkəməsi absurd qətnamə qəbul etməklə hakimiyyətin maraqlarını təmin etmişdir. Bütün bunlar hakimiyyətin söz, ifadə və müstəqil mətbuata basqısının təzahürüdür.''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?