Bu gün səhər saatlarında, 7gun.az saytının təsisçisi, jurnalist Cavid Şirəliyevin Masallı rayon Ərkivan qəsəbəsində olan evini yandırmağa cəhd ediblər.
Hadisə barədə Gundemxeber.az saytına məlumat verən jurnalist Cavid Şirəliyev bildirib ki, evinin yandırılmasına səbəb, rəhbərlik etdiyi saytda məmur özbaşınalıqlarını işıqlandırması olub:
“Bu gün səhər təxminən saat 4 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən bizim Masallı rayonunun Ərkivan qəsəbəsindəki evimizi yandırmağa təşəbbüs göstərilib. Mən bu barədə DİN-in 102 xidmətinə də məlumat vermişəm. Hesab edirəm ki, son vaxtlar rəhbərlik etdiyim 7gun.az saytında Masallı rayonunda höküm sürən məmur özbaşınalığı və insanların hüquqlarının kobud şəkildə pozulması, həmçinin İH-in başçısı Rafil Hüseynovun qanuna zidd əməl və hərəkətləri ilə bağlı dərc edilən məqalələrin bu olaya birbaşa təsiri olmuşdur”.
Cavid Şirəliyev qeyd edib ki, hadisə zamanı ailə üzvülər evdə olsalar da, xoşbətlikdən xəsarət alan olmayıb.
Sorğu
Yeni dizaynımız necədir?