GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “GÖMRÜYÜN YARATDIĞI RƏZALƏT...” - Gürcü maşınlarına qoyulan qadağaya ETİRAZLAR ARTIR

“GÖMRÜYÜN YARATDIĞI RƏZALƏT...” - Gürcü maşınlarına qoyulan qadağaya ETİRAZLAR ARTIR

Tarix: 25-11-2019, 14:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 705
“GÖMRÜYÜN YARATDIĞI RƏZALƏT...” - Gürcü maşınlarına qoyulan qadağaya ETİRAZLAR ARTIR


“Gömrük Komitəsi növbəti dəfə məntiqsiz, öz fəaliyyətlərinin nədən ibarət olduğunu hələ də anlamadığını və ya anlamaq istəmədiyini sübut edən açıqlama yayıb”.
Gundemxeber.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O deyib ki, komitə amıqlama yayaraq ölkəyə xarici nömrə ilə maşınların daxil olub 90 gün qalma icazəsindən sui-istifadə edənlər var və buna görə də bu məsələyə nəzarəti gücləndirəcəyini bildirib:

“Azərbaycan müstəqillik qazanandan sonra iş adamlarına, vətəndaşlara dağ çəkmək üzrə lider olan qurum həmişə Gömrük Komitəsi olub. Çünki, hökumət də, Komitə rəhbərləri də bu günə qədər Gömrük orqanlarının fəlsəfəsini anlaya bilmirlər. Gömrük orqanları tarixən daxili bazarı qorumaq, daxili istehsalçılara dəstək olmaq üçün yaradılan qurum olub. Amma Azərbaycanda hələ də bu prinsip işə düşməyib, Gömrük Domokl qılıncı kimi biznesin, vətəndaşın başı üzərində asılmış, ən çox korrupsiyaya uğramış qurumlardan biridir.

Azərbaycan avtomobil istehsal etmir, əvvəl Şamaxı və Naxçıvanda, indi də Nefçalada mənasız maşın yığımı ilə məşğul olan zavodlar olub. Dəfələrlə qalstuklu müəllimlərə başa saldıq ki, avtomobil istehsalı adlandırmaq üçün maşının detallarının ən azı 25%-i ölkəmizdə istehsal olunmalıdı. Bizdə isə yerli olan ancaq maşınların təkərinə vurulan havadı – vəssalam, qalan bütün detallar valyuta ilə xaricdən alınır, dollar xaricə axır, vintaçan ilə yığılan maşınları isə ancaq dövlət büdcəsi hesabına satırlar – yəni, dövlət ikiqat ziyan görür, həm büdcə pulu hesabına yığım sexləri açılıb adına avtomobil istehsalı deyirlər, həm dövlət büdcəsi hesabına həmin keyfiyyətsiz maşınları alırlar, həm də həmin büdcə manatı sonra dollara çevrilib xaricə gedir.

Paralel olaraq da Azərbaycan hökuməti avtobobillərə yüksək rüsum, aksiz vergisi qoyur, hələ bir ƏDV də alır. Şanlı Gömrük Komitəsi isə vətəndaşların xaricdən aldıqları maşınlara qanuni yazılmış qaimələri tanımır, özlərindən hoqqa çıxardıb maşınlara yüksək qiymət qoyub rüsum və vergiləri öz bildikləri kimi hesablayırlar.

Məzlum vətəndaş da məcbur qalıb gedir Gürcüstandan maşın alır, gürcü nömrəsi ilə ölkəyə daxil olur, hər 3 aydan bir də sərhədi keçib bir də qayıdır – bu sui-istifadə halı deyil, Gömrüyün yaratdığı rəzalətə vətəndaşın qanuni cavabıdır.

Bu gün Azərbaycan hökuməti Gömrük rüsumları və vergiləri vasitəsi ilə hər maşından istehsalçı ölkədən daha çox pul qazanır. Rusiya büdcəsi hər Ladadan cəmi 600 dollar qazandığı halda bizim hökumət bundan 3 qat artıq büdcəyə pul toplayır. Ya da yazıq “nemes” mühəndisi maşın düşünür, fəhləsi istehsal edir, amma Almaniya büdcəsi bir (məsələn) Mersedesdən maksimum 2000 avro qazanırsa, bizim hökumət əlini ağdan-qaraya vurmadan hər Mersedesdən ortalama 6000-7000 min manat pul qazanır. Budur Gömrük siyasətinin fəlsəfəsi?!

Biz dəfələrlə təklif etmişik ki, heç olmasa hibrid avtomobillər üçün rüsumları sıfırlayın, ƏDV-ni ləğv edin, bir neçə ay öncə Gömrük Komitəsinin rəsmisi yenə bəyan etmişdi ki, belə etsək bu sui-istifadə hallarına səbəb olacaq, camaat daha çox hibrid gətirəcək. Adam anlamır ki, elə məqsəd də budur ki, camaat daha çox hibrid avtomobilləi gətirsin, ölkənin avtoparkı yenilənsin, ekologiyaya müsbət təsiri olsun. Bax belə insanlar Gömrüyü idarə edirlər və bərk-bərk yapışıblar ki, Komitə ləğv edilməsin, amma edilməlidir.

Gömrük Komitəsinin ayrıca qurum kimi qalması məntiqsizlikdir və ölkə iqtisadiyyatı üçün ziyanlıdır”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • 10 dollara almırlar, ancaq 50 dollara satırlar - Gömrük şefi

    10 dollara almırlar, ancaq 50 dollara satırlar - ...

    20-01-2018, 11:50

  • 
  • Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb

    Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən ...

    12-09-2018, 16:44

  • 
  • Sahibkarlar ayağa qalxdı: Gömrük Komitəsi önündə aksiya

    Sahibkarlar ayağa qalxdı: Gömrük Komitəsi önündə ...

    24-07-2014, 17:41

  • 
  • Komitə sədrinin gömrük fırıldaqları

    Komitə sədrinin gömrük fırıldaqları ...

    25-09-2014, 14:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu