Başlıqdakı məhşur deyim başımıza gəlib. Biz bu çətin günləri yaşadıq. Amma qorxmadıq, əyilmədik, sözümüzü düz deyib, yolumuza davam dedik.
Məqsədimiz mətbuata olan, haqsızlıqlara qarşı çıxmaq uğrunda mübarizə aparmaqdır. Bu yolda fəaliyyət göstərdiyimiz ''Azərbaycan'' Nəşriyyatındakı ofisimizdən çıxarılaraq, çayxanalarda qəzetimizi çapa hazırlamaq məcburiyyətində qaldıq. Belə bir fədakarlığımızı görən Əli Həsənov qəzetimizi çap edən mətbəyə də tapşırıq verdi ki, ''Gündəm Xəbər''in çapını dayandırın deyib, buna nail oldu. Bununla kifayətlənməyib, saytımızı şəxsi tapşırığı əsasında ölkə daxilində bloklatdı. Beləcə, müstəqil mətbuata qarşı olmazın pisliyini etdi. Bu gün Prezident Ilham Əliyevin sərəncamına əsasən ictimai-siyasi şöbənin müdiri Əli Həsənov layiq olmadığı vəzifəsindən azad edildi.
Əli Həsənov ölkədə müstəqil mətbuat və mətbuat yayım qurumlarını məhv etdi. ''Qasid'', ''Qaya'', ''Mero-Servis'' və ''Səma-M'' kimi firmaların illərlə qurduqları abunə işlərini əllərindən alıb, arvadının adına yaratdığı ''Kaspi'' firmasının monopoliyasına daxil etdi. Müstəqil media qurumlarını iflic edib, özünə yaxın adamların rəhbərliyi altında olan mətbu orqanlara ötürdü. Məqsəd dövlətin büdcəsindən milyonlarla vəsaiti oğurlayıb, mənimsəmək olub. Istədiyi çirkin niyyətinə çatdı və illərlə dövlət büdcəsini talan etdi . Bəs bunun hesabını kim soracaq?
Ümumiyyətlə, bu məmləkətdə dövlətinə və dövlətçiliyinə sadiq olan məmurlar varmı ki, illərlə media adı altında büdcəni talan edən şəxsə və onun komandasına qarşı hesabların sorulması üçün, iddia qaldırsın? Biz də buna inanmaq istəyirik və müstəqil fəaliyyəti iflic edilmiş qəzetlərə də azadlıq verilməsi ümidindəyik.
Sorğu
Yeni dizaynımız necədir?