“Müxalifətlə dialoq olacaq, biz onlarla təmasları intensivləşdirəcəyik”
“Bu il ərzində yenidən müxalifətlə dialoq aparılacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, il ərzində həm qeyri-hökumət təşkilatları, həm mətbuat orqanları, həm də siyasi partiyalarla dialoq həyata keçiriləcək: “Xüsusilə seçki ərəfəsində seçki fəaliyyətinin həyata keçirilməsi, siyasi partiyaların namizədlər irəli sürməsi, namizədlərini təbliğ etməsi və seçkilərə qatılması ərəfəsində biz onlarla təmasları intensivləşdirəcəyik”.
Sorğu
Yeni dizaynımız necədir?