Bir vaxtlar Əli Həsənovu prezidentin dayağı, dövlətçiliyin keşiyində dayanan və ona: ''Allah sənin canını sağ eləsin, nə yaxşıki varsan'', -- deyən Ata Abdullayev, indi də təriflədiyi Əli Həsənovun əleyhinə video-yayımlar edir.
Təbii ki, hər bir insan öz xislətinə uyğun hərəkət etməlidir. Odur ki, Atanın da özünə məxsus işlərlə məşğul olması təəccüb doğurmur. Sadəcə, bunun bir əmması ortaya çıxır: Əli Həsənovun şəxsi obyektləri ilə dövlət müəssisələrini qarışıq salır. Üstəlik, qeyri-obyektiv çəklişlər etməklə, qisasçılıq xüsusiyyətini açıb, göstərir. Elə, çalışır ki, məkrli niyyətini həyata keçirsin. Onun bu günlərdə ''Azərbaycan'' Nəşriyyatından çəkiliş etməsi, guya, bununla böyük sensasiya yaradıbmış kimi öyünməsi də dediklərimizin daha bir sübutudur. Ata Abdullayev artıq özünü rahat hiss edir, guya, Əli Həsənovdan heyfini çıxıb. Bizi -- media nümayəndələrini düşündürən əsas maraqlı məsələ isə odur ki, həyatının qalan hissəsini polisə işverənliyə kökləyənin, hətta özünü blogger kimi qələmə verməyə çalışanın birisi, elə, polisə pislik etməklə də yaddaşlara girir. Eynən, bir vaxtlar nurçularla iş birliyində olan bəzi jurnalistlər kimi! Hansılar ki, hərakatları ölkəmizdə də fiaskoya uğradıqdan sonra, özlərini nurçuların əleyhdarları kimi qələmə verib, diqqətləri özlərinə çəkmək üçün "dəridən-qabıqdan çıxdılar". Daha dəqiq desək, Əli Həsənova sığınıb, büdcədən talanan pullardan yallanmağa başladılar. Əli Həsənovun vəzifədə olduğu vaxtlarda, onun diqtəsi ilə oturub, duran Ata Abdullayev, indi də, dolayısı ilə, ''Azərbaycan'' Nəşriyyatının mühafizəsini həyata keçirən polis əməkdaşlarına pislik etməklə yanaşı, DIN-in yüksək çinli məmurlarının adlarından sui-istifadə etməkdən belə çəkinmir. Biz inana bilmirik ki, özünə hörmət edən hər hansı dövlət məmuru belə birisini himayə etsin və Ata Abdullayevə adından istifadə etməyə imkan versin. Adından istifadə olunan yüksək çinli bir məmurun kimliyi bizə məlum olsa da, etika xatirinə bunu açıq yazmırıq. Hesab edirik ki, polis əməkdaşlarına olmazın pisliyini edən adamın məsuliyyətini üzərinə götürüb, adından istifadə etməyə imkan verən həmin vəzifə sahibi, birbaşa, öz dövlətinə və xidmət etdiyi nazirliyə xəyanət etmiş olur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?