GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Zeytun Farm” MMC-nin ​ Gəncə filialında Əmək Məcəlləsinin tələbləri tapdaqlar altına atılır-​ ŞOK FAKTLAR​

“Zeytun Farm” MMC-nin ​ Gəncə filialında Əmək Məcəlləsinin tələbləri tapdaqlar altına atılır-​ ŞOK FAKTLAR​

Tarix: 10-12-2019, 15:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 868
“Zeytun Farm” MMC-nin ​ Gəncə filialında Əmək Məcəlləsinin tələbləri tapdaqlar altına atılır-​ ŞOK FAKTLAR​

​

İnsan dünyanın ən ali varlığıdır və insanı aliləşdirən amillərdən ən əsası əməkdir.

Ən qədim zamanlardan müasir dövrümüzə qədər olan dövrə nəzər salsaq o halda görərik ki, zaman-zaman insanlar öz zəhmətləri sayəsində xariqələr yaradıblar. İndiki zamanda tibbin, texnikanın, təhsilin və s. kimi sahələrin belə bir səviyyəyə gəlib çatması, məhz insan əməyi ilə bağlı olmuşdur. Bir sözlə, bu gün insanın həyatda bacarmadığı iş yoxdur.​ ​ Bir anlığa olsa belə, dünyanın müxtəlif yerlərində olan tarixi abidələri, qəsrləri, imarətləri yada salaq. Onların çoxu qədim zamanlarda inşa olunub və həmin abidələr uzun illər ərzində yüzlərlə, minlərlə insanların zəhməti nəticəsində ərsəyə gətirilib. Odur ki, əmək həm insanı ucaldır, həm də inkişaf etdirir. Əməklə məşğul olan insan bir kimsəyə möhtac qalmır və belə insanlara ətrafdakılar həmişə hörmət və pərəstiş edirlər. Müasir dövrümüzə gəldikdə isə onu qeyd edə bilərik ki, bu gün insan əməyinin qiymətləndirilməsi, əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar və s. Azərbaycan Respublikasının Əmək Məcəlləsində tam aydınlığı ilə qeyd olunub. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd olunub ki, ​ əmək fərdi və ictimai rifahın əsasıdır və hər kəsin əməyə olan qabiliyyəti əsasında, sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var.

​ ​ ​ Bundan əlavə, Əmək Məcəlləsinin 89-cu maddəsinin 2-ci hissəsində qeyd olunub ki, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, 3-cü bəndində isə vurğulanıb ki, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı əsasında əmək funksiyası müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Belə bir halların varlığı Azərbaycan Respublikasının Əmək Məcəlləsində tam aydınlığı ilə qeyd olunsa da, bu gün ​ “Zeytun Farm” MMC-nin ​ Gəncə filialında qanunun belə bir tələblərinə heç bir halda məhəl qoyulmur. Çünki, Gundemxeber.az-a daxil olan məlumatlara görə, dərman pereparatlarının satışı ilə məşğul olan bu MMC-nin Gəncə filialında iş vaxtı saat 9:00-da başlayır və saat 23:00-da başa çatır. Yəni, işçilər gün ərzində 14 saat işləyirlər. Əksəriyyət belə bir vəziyyətin əmələ gəlməsndə əsas günahı, məhz filialın direktoru Salahov Elnur Saleh oğlunda görürlər. Filialda rəhbərliyin müəyyən etdiyi ağır şərtlər daxilində çalışan və adının hallanmasımnı istəməyən şəxsin bildirdiyinə görə, belə bir dözülməz vəziyyət Elnur Salahovun təyinatından sonra başlayıb. Əgər əvvəllər iş rejimi Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilirdisə, bu gün qanunun tələbləri bilərəkdən tapdaqlar altına atılır. Hələ bu azmış kimi, filialın rəhbərliyi işçilərlə elə bir formada davranır ki, onlardan bəziləri çox keçmir ki, ərizə yazıb işdən çıxmağa məcbur olurlar. Belə bir oyun qaydalarının ssenari müəllifi, elə Elnur Salahovun özü olur. Çünki, o, tez-tez işçini işdən çıxarır və kimlərdənsə müəyyən məbləğdə haqq-hesab alıb işə götürür. Atılan belə bir addımlar filial rəhbərliyinin əlavə gəlir əldə etməsinə səbəb olsa da, əslində kütləvi narazılıq hissinin baş qaldırması ilə nəticələnir.

​ ​ Məsələnin daha düşündürücü tərəfi ondan ibarətdir ki, “Zeytun Farm” MMC-nin ​ Gəncə filialında gündəlik 14 saat ərzində çalışan işçilərin hər birinin əmək haqqı kartlarına ayda 238 manat pul yüklənir. Əlavə isə, hər bir işçiyə əlbəəl 100 manat pul verirlər. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən, cari ilin 01 sentyabrından ölkə əhalisinin minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Sərəncamdan irəli gələn tələb 950 minədək vətəndaşı əhatə edir ki, həmin şəxslərdən 600 mini dövlət sektorunda, 350 mini isə özəl sektorda çalışır.​ Bu kimi halların varlığı onu söyləməyə əsas verir ki, “Zeytun Farm” MMC-nin ​ Gəncə filialının rəhbərliyi, nə Əmək Məcəlləsinin tələblərini, nə ölkə rəhbərinin imzaladığı Sərəncamı saya salmır. Mövzunu diqqətdə saxlayacağıq.

​ Mehriban Əzizqızı
GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İslam dininin nəzərində pozitiv düşüncə

    İslam dininin nəzərində pozitiv düşüncə ...

    4-05-2016, 00:24

  • 
  • Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?

    Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib? ...

    10-10-2017, 11:44

  • 
  • Yaşı 1 milyona çatan insan izi tapılıb (FOTO)

    Yaşı 1 milyona çatan insan izi tapılıb (FOTO) ...

    8-02-2014, 02:09

  • 
  • Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTO (YENİLƏNİB)

    Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan ...

    24-12-2015, 19:03

  • 
  • Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTO

    Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan ...

    29-10-2015, 17:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu