Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu.
“Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri bildirib ki, dördüncü dəfə qalibi müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib. Bir ay ərzində keçirilən sorğunun qalibini Beynəlxalq insan hüquqları günündə elan edirk. Bu il iki qalibimiz var. Hüquq müdafiəçisi Oktay Gülaliyev və Müsavat partiyasının üzvü Tofiq Yaqublu. Sonra Fuad Əliyev tədbirdə iştrak edən Repressiya və İşgəncələr Əleyhinə Komitənin üzvü Əlövsət Sadıqlıya Oktay Gülaliyevin mükafatını təqdim etdi.
“Çox təəssüf ki, bunu şəxsən ona təqdim edə bilmədik. Allah şəfasını versin. İnanmaq istəyirəm ki, Oktay bəy koma vəziyyətində çıxacaq və qısa bir zamanda səhhəti normallaşacaq”- ALDP sədri bildirdi.
Repressiya və İşgəncələr Əleyhinə Komitənin üzvləri Əlövsət Sadıqlı, Namizəd Səfərov və digərləri Fuad Əliyevə Oktay Gülaliyevə verdiyi qiymətə görə minnətdarlığını bildirdilər. Daha sonra ALDP sədri Fuad Əliyev “Azadlıq fədaisi” mükafatının ikinci sahibi Tofiq Yaqublunu evində ziyarət edib. ALDP sədri Tofiq Yaqubluya mükafat haqqında qısa bir məlumat verdi və “Azadlıq fədaisi” mükafatını ona təqdim etdi.
Tofiq Yaqublu öz növbəsində bu mükafata görə ALDP üzvlərinə minətdarlığını bildirdi. Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.
2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə isə AXCP sədrinin müavini Gözəl Bayramlı “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?