Repressiya və İşgəncələr Əleyhinə Komitənin məlumatı. Repressiya və İşgəncələr Əleyhinə Komitənin İşçi Qrupu 15 noyabr 2019 - cu il tarixli əlahiddə toplantısında aşağıdakı qərarlar yekdilliklə qəbul olunub.
1. Repressiya və İşgəncələr Əleyhinə Komitənin 11 nəfərdən ibarət işçi qrupu təsdiq edilsin.
2.Hüquqşünas Namizəd Səfərov, dəyərli koordinator Oktay Gülalıyev sağalıb sıralarımıza qayıdanadək, yekdilliklə müvəqqəti koordinator səlahiyyətlərinin icraçısı təsdiq edilsin.
3.Komitənin tərkibində hüquqşünaslar, media, tərcümə və texniki qrupların yaradılması və bu istiqamətdə genişləndirilmiş işlərin görülməsi qərarlaşdırıldı.
4.İşçi Qrupu 19.11.19 tarixində saat 11-00 da Müsavat Partiyasının qərargahında "Son dövrlərdə ölkədə baş verən və artmaqda olan repressiya, işgəncə faktları, o cümlədən Oktay Gülalıyev və Tofiq Yaqublu və digərlərinə qarşı mənəvi, fiziki terror faktlarının müzakirəsinə həsr olunmuş geniş toplantı keçirilməsi qərara alındı.
Toplantıya bütün siyasi partiya liderləri, funksionerləri, fəalları, vətəndaş cəmiyyəti təmsilçiləri və KİV nümayəndələri dəvətlidir.
Sorğu
Yeni dizaynımız necədir?