Gundemxeber.Az bildirir ki, pullar hüquq-müdafiəçisi Oktay Gülalıyev üçün yığılır.
Oktay Gülalıyevin müalicə xərclərini qarşılamaq üçün Müsavat Partiyasının qərargahında xeyriyyə marafonu keçirilib. Marafonda partiya üzvləri, fəallar və sadə vətəndaşlar ianə verib.
Repressiya və işgəncələr əleyhinə komitənin sədri Oktay Gülalıyev aprel döyüşlərindən, Gəncə hadisələrindən sonra həbs olunanların müdafiə işini aparıb. Bu gün xeyriyyə marafonunda həbs olunanların valideynləri də iştirak edirdi.
Oqtay Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Nəticədə o komaya düşüb. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Oktay Gülalıyevin müalicəsi Türkiyənin “Amerika xəstəxanası“nda davam etdirilir. Onun vəziyyətində yaxşılığa doğru cüzi dəyişiklik hiss olunduğu bildirilir. Fond sonuncu açıqlamasında hüquq müdafiəçisinin müalicəsi üçün daha 10 gün dəstək verəcəyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?