GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fərzəliyevin intihar edən və qaçan işçiləri: Həştərxana uzanan izlər...

Fərzəliyevin intihar edən və qaçan işçiləri: Həştərxana uzanan izlər...

Tarix: 17-12-2019, 12:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 426
Fərzəliyevin intihar edən və qaçan işçiləri: Həştərxana uzanan izlər...


Ötən gün media səhərini Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elmar Əlizadənin özünü asması xəbəri ilə açdı.

E.Əlizadə yaxınları ilə öz doğum gününü qeyd edib, tort kəsib, sonra, həyat yoldaşını və iki övladını bağ evinə yola salıb, öz mənzilinə gedərək intihar edib.
Ad günü məclisi fotolarından E.Əlizadə kifayət qədər nikbin, gülərüz görünür, əlində qədəh var, doğmaları ətrafındadır.
KİV-də yayılan xəbərlərə görə, mərhumun məclisində Rusiyanın Həştərxan vilayətinin qubernatoru da iştirak edib. Hə, burada dayanırıq, ətraflı bir qədər sonra...
Gundemxeber.Az Turan-a istinadla bildirir ki, Nərimanov RİH-də kifayət qədər yüksək vəzifə tutan E.Əlizadə əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb.
Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb
Nərimanov rayon icra başçısının I müavini Şahmar İbadov intiharın onun işi ilə əlaqədar olmadığını bildirib və şəxsi həyatında problemlə əlaqələndirib.
Nərimanov İH İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov isə belə danışıb: “İntiharın baş verdiyi gün axşama kimi onunla birlikdə olmuşam.
Həmin gün Elmar Əlizadənin doğum günü idi, evə gedib və bildiyimiz kimi elə evində də özünü asıb. İntiharın səbəbinə gəlincə, bu onun şəxsi həyatı ilə bağlıdır, bildiyimizə görə ailəsində hansısa problemlər vardı”.
Hadisə ilə bağlı hansısa fərziyyələr irəli sürmək, mülahizələr yürütmək çətindir, ölüm işinin obyektiv araşdırılması istintaqın səlahiyyətindədir.
Lakin hələ mərhumun ailəsindən, xanımından hər hansı açıqlama, istintaqın ilkin rəyi olmadığı halda Nərimanov RİH rəsmiləri ortalığa düşərək intiharın səbəbini açıqlayırlar.
Onlar E.Əlizadənin nə üçün özünü asdığı aydınlaşdırılmamış işində hər hansı problemi olmadığını bildirərək məsuliyyəti ailədaxili problemin üzərinə qoyurlar. Gözləmirlər ki, ailəsi də intiharla bağlı münasibət açıqlasın.
Maraqlıdır, Ş.İbadovla İ.Əsədovun mərhumun işlə bağlı problemi olmadığını tələm-tələsik deməsində mətləb nədir?!
İşin ikinci hissəsinə gəlincə, son zamanlar Nərimanov İH-də qəribə hadisələr yaşanır. E.Əlizadənin intiharından bir neçə gün qabaq yayılmış xəbərdə deyilirdi ki, İH-nin Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail vəzifəsindən azad edilib.
Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.
Sabiq şöbə müdiri “RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. O, məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb.
N.Abdullayev qardaşının ölkədən gedişini təkzib etməyib: “Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğurdan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”.
Lakin çox çəkmir ki, Nərimanov İH-nin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Əli Həsənov açıqlama yayır. Bildirir ki, bəzi saytlarda məlumatlar yanlışdır:
“Abdullayev Rəfail Hüseynqulu oğlu 2019-cu il sentyabrın 16-da öz xahişi ilə rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsindən azad edilib. Biznes fəaliyyəti ilə məşğuldur”.
Amma R.Abdullayev heç də rəsmi açıqlamada deyildiyi kimi, bu ilin sentyabrında işdən getməyib, bu yaxınlarda aradan çıxdığı deyilir.

Və Nərimanov İH-də nə baş verirsə, ardınca başqa bir şöbənin müdiri ad günü gecəsi intihar edir. Bu iki hadisə arasında hansısa bağlılıqlar olduğunu söyləmək çətin olsa da, Nərimanov İH daxilində nələrsə cərəyan etdiyi ehtimalı yaranır.
Nəhayət, bu proseslərin toqquşduğu bir nüans diqqət çəkir. Birincisi, E.Əlizadənin doğum günündə Həştərxanın qubernatorunun iştirak etdiyi vurğulanır.
Rusiya kimi nəhəng bir dövlətin qubernatorunun hansısa icra strukturunda şöbə müdiri işləyən adamın doğum günü məclisinə qatılması suallar doğurur - qubernatoru onunla nə birləşdirir?
Bu sualın cavabının izi Həştərxana uzanır. Əvvəla, Nərimanovun icra başçısı Abdin Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunan yeganə İH rəhbəridir.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə Abdin Fərzəliyev çox yaxın dostdurlar.A.Fərzəliyev Həştərxanda otelçilik və logistika biznesi ilə məşğuldur.
Bu yaxınlarda isə KİV yazdı ki, aqrar sektora da sərmayə yatırıb. İcra başçısına məxsus istixanalarda pomidor və subtropik meyvələr yetişdiriləcək. Bir sözlə, yaxşı əlaqələri var.
Və həmin Həştərxanın qubernatoru intihar edən şöbə müdirinin ad günü mərasimində iştirak edir, ölkədən qaçdığı deyilən digər şöbə müdirinin isə bizneslə məşğul olduğu açıqlaması verilir. İH daxilində müəmmalı nələrinsə yaşandığı hiss olunur. Dediyimiz kimi, heç bir açıqlama olmamış İbadovla Əsədov intiharı ailə probleminə bağlayırlar.
Fərzəliyevin I müavini Ş.İbadov isə oğlunun avtoqəzada adam öldürüb bəraət alması, müxtəlif maxinasiyalar, mülklər, gözdən əlillərə ayrılan evlərin satması kimi qalmaqallarla gündəmə gəlmişdi. Beləliklə, icra başçısının ətrafında heç də xoş olmayan hadisələr yaşanır...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nərimanov İcra Hakimiyyətinin şöbə müdiri ad günündə özünü asdı

    Nərimanov İcra Hakimiyyətinin şöbə müdiri ad ...

    16-12-2019, 11:33

  • 
  • “Nərimanov rayonu mənlikdi, Abidin gedəcək...” – Şahmar İbadovun böyük iddiası

    “Nərimanov rayonu mənlikdi, Abidin gedəcək...” – ...

    5-12-2014, 12:50

  • 
  • Aysel Əlizadə sürücülük hüququndan məhrum edildi

    Aysel Əlizadə sürücülük hüququndan məhrum edildi ...

    21-01-2015, 21:12

  • 
  • Bakıda intihar edən ana və qızı ilə bağlı YENİ XƏBƏR

    Bakıda intihar edən ana və qızı ilə bağlı YENİ ...

    18-08-2014, 10:48

  • 
  • Bərdədə şöbə müdiri məmurları hökumətin üstünə qaldırır - prezidentə dosye

    Bərdədə şöbə müdiri məmurları hökumətin üstünə ...

    17-05-2017, 20:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu