GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Polkovniki tutduran, qazi ailəsini ələ salan başçı kimdir? - İLGİNC

Polkovniki tutduran, qazi ailəsini ələ salan başçı kimdir? - İLGİNC

Tarix: 18-12-2019, 13:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 373
Polkovniki tutduran, qazi ailəsini ələ salan başçı kimdir? - İLGİNC


Qarabağda aprel döyüşlərinin iştirakçısı olmuş polkovnik Qadir Vəlişovun həbsində Beyləqanın icra başçısı Asif Ağayevin rolunun olduğu iddiaları var.

Artıq azadlığa buraxılan Q.Vəlişovun rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilməsində icra başçısının marağı olub.0

Gundemxeber.Az Reportyor.info-ya istinadən xəbər verir ki, ailə üzvləri də Q.Vəlişovla Beyləqan rayon İcra Hakimiyyəti arasında mübahisə olduğunu təsdiqləyib. Onların sözlərinə görə, bu səbəbdən onu şərləyərək, həbs ediblər.

Beyləqan İH təkzib etsə də, polkovnikin tutulmasına görə ictimai etirazın olması göstərdi ki, aprel döyüşçüsü günahsız saxlanılıb.

Lələtəpəyə bayraq sancan döyüşçü kimi tanınan Vəlişovla icra başçısının mübahisənin konkret detalları açıqlanmır. Amma iddialar səslənir ki, bu xəbərdən sonra Beyləqanın icra başçısı Asif Ağayevi yaxşı perspektiv gözləmir.

Ölkə rəhbərliyinin aprel döyüşçülərinə, qazilərə, şəhid və məcburi köçkün ailələrinə göstərdiyi həssaslıqla icra başçısının davranışı arasında böyük uçurum var.

Üstəgəl, prezident yeni icra başçıları təyin edərkən onlara xəbərdarlıq edir, kim qanun pozarsa, narazılıq yaradarsa cəzalandırılacaq.

A.Ağayev isə istər Şamaxının, istərsə də indi Beyləqanın icra başçısı işləyərkən tez-tez qalmaqallarla gündəmə gəlib.

Bir müddət əvvəl Rəmziyyə Əsədova şikayətində bildirirdi ki, iki qızı ilə birlikdə Beyləqan şəhər 2 saylı yataqxanada yaşayır. Mərhum həyat yoldaşı Əsədov Ələddin Səməd oğlu Silahlı Qüvvələrin zabiti olub. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb.

Müharibə veteranı və ikinci qrup əlil olub və xəstəliklər cədvəlinin 65b. 82b maddəsinin III qrafasına və ƏTC-ə əsasən Sıradan hərbi xidmətə yararlı olaraq hərbidən ehtiyyata təxris edilmişdir. 27.11.2016-cı il tarixdə hərbi xidmət dövründə aldığı xəsarətə görə vəfat etmişdir.

Beyləqan rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edərək Qarabağ əlillərinə və Müharibə veteranlarına tikilmiş mənzillərə görə siyahıya alınmağını xahiş edib: “Məni ələ salıb dedilər ki, “get ərin gəlsin”.

Bir daha anladım ki, Beyləqan rayonunda Asif Ağayev başda olmaqla icra hakimiyyətində Vətən – Torpaq uğurunda canlarını fəda vermiş hərbiçi ailələrini nəinki, ələ salmaq, onlara yuxarıdan aşağı baxır, zərrə qədər də olsun hörmət qoymurlar”.

Göründüyü kimi, icra başçısı döyüşçü bilmir, qazi bilmir, hamını narazı salır. O da qeyd olunur ki, Asif Ağayev Beyləqan şəhərində olan 1 və 4 saylı bağçaların binalarını sökərək, həmin binaların yerində hündürmərtəbəli çoxmənzilli binalar tikib, pul qazanmaq eşqinə düşüb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - SİFARİŞLİDİRİ?

    Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ...

    15-12-2019, 12:04

  • 
  • Lələtəpəyə bayraq sancan polkovnik həbsdən buraxıldı

    Lələtəpəyə bayraq sancan polkovnik həbsdən ...

    16-12-2019, 14:39

  • 
  • Həbs edilən polkovnik azadlığa buraxıldı

    Həbs edilən polkovnik azadlığa buraxıldı ...

    16-12-2019, 15:07

  • 
  • Beyləqanın icra başçısına cinayət işi açılır

    Beyləqanın icra başçısına cinayət işi açılır ...

    25-04-2013, 11:05

  • 
  • Beyləqanın əsas bosları Vaqif Abdullayevə qarşı

    Beyləqanın əsas bosları Vaqif Abdullayevə qarşı ...

    27-12-2012, 08:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu