Vaqif Abdullayev külli miqdarda yeyinti faktına görə hədəfə çevrilib
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevə cinayət işi açıla bilər. Bu şok məlumatı hüquq-mühafizə orqanlarındakı mənbə ötürüb. Qaynağın iddialarına görə, Beyləqanın icra başçısı külli miqdarda yeyinti faktına görə hədəfə çevrilib: «Onunla bağlı konkret şikayət əsasında araşdırma aparılıb. Eyni zamanda Hesablama Palatasının büdcədən ayrılan dövlət vəsaitinin təyinatı üzərə xərclənməsi işini təftiş etməsi nəticəsində də Beyləqan rayonunda ciddi yeyinti faktları aşkarlanıb». Mənbə əlavə edib ki, ilkin olaraq Beyləqan rayon maliyyə şöbəsinin müdirinin, onun ardından da Vaqif Abdullayevin həbsi nəzərdə tutulub: «Hələlik bu barədə yekun qərar verilməyib. Hər halda, bir icra başçısının qollarının qandallanması sıradan bir hadisə deyil və bunun üçün ilk növbədə siyasi qərar verilməlidir». Araşdırmalarımız davam edir. Yeni məlumatları davamlı olaraq diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?