GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Şərurlu İsfəndiyar” dul qadının mənzilinə göz dikib, fırıldaq yoluyla ələ keçirir - Oliqarx öz qardaşının imzasını saxta hesab edir...

“Şərurlu İsfəndiyar” dul qadının mənzilinə göz dikib, fırıldaq yoluyla ələ keçirir - Oliqarx öz qardaşının imzasını saxta hesab edir...

Tarix: 19-12-2019, 14:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 562
“Şərurlu İsfəndiyar” dul qadının mənzilinə göz dikib, fırıldaq yoluyla ələ keçirir - Oliqarx öz qardaşının imzasını saxta hesab edir...


Şərurlu İsfəndiyar” kimi tanınan qalmaqallı tikinti maqnatı İsfəndiyar Axundov Bakı Dövlət Universitetinin keçmiş müəllimi Rəna Quraşlının 10 il əvvəl pulunu ödəyib aldığı mənzilini faktiki qəsb edir. Adı az qala hər həftə hansısa tikinti dələduzluğunda hallanan “Şərurlu İsfəndiyar”ın növbəti qurbanı olan bu qadın başına gələnləri danışıb.

Gundemxeber.Az virtualaz.org-a istinadən bildirir ki, Rəna Qaraşlının sözlərinə görə, 10 ildən artıqdır ki, pulunu ödəyib aldığı şəxsi mənzilində rahat yaşaya bilmir. Virtualaz.org-un redaksiyasına üz tutan Bakı Dövlət Universitetinin keçmiş müəllimi deyir ki, “Şərur” MTK-nın podratçı şirkəti olan “Vedi-E” MMC-dən pulunu ödəyib aldığı mənzilə görə illərini və sağlamlığını itirib.

Şikayətçinin sözlərinə görə, 2008-ci ildə “Şərur” MTK-nın podratçısı olan “Vedi-E” MMC-nin sədri Qoşun Rəhimovdan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində həmin şirkət tərəfindən inşa edilən çoxmərtəbəli binadan 62 min 100 manata iki otaqlı mənzil alıb. Binanın tikintisinin sifarişçisi Şərurlu İsfəndiyarın qardaşı İmran Axundovun rəhbər olduğu “Safari-N” MMC idi. Həmin vaxt mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı və tərəflər arasında alqı-satqı müqaviləsi imzalanıb. İmran Axundov sənədlərin üstünə “əsli ilə düzdür” qeydini yazıb və öz imzası ilə təsdiq edib.

Amma təxminən dörd il sonra ona həmin mənzilin başqasına məxsus olduğunu deyiblər, məhkəmə iddiası qaldırıblar. Nəticədə R.Quraşova 2012-ci ildən məhkəmələrdə süründürülür. R. Quraşova deyir ki, ona qarşı maliyyə arayışı və müqaviləsinin etibarsız olması ilə bağlı iddia qaldıraraq mənzilini ələ keçirmək istəyirlər.

“Şərurlu İsfəndiyar” dul qadının mənzilinə göz dikib, fırıldaq yoluyla ələ keçirir - Oliqarx öz qardaşının imzasını saxta hesab edir...


“Aldığım mənzil ”Şərurlu İsfəndiyar”ın qurduğu sxemlər üzrə yaratdığı MMC-lərdən birinin tikdiyi binada yerləşir. Bu MMC-lərdən mənzil alan insanlar İsfəndiyarın göstərişi ilə, onun “əlaltıları” vasitəsilə məhkəməyə verilir, evləri ələ keçirilir və həyatları məhv edilir. 2012-ci ildən bəri mən də ayrı-ayrı məhkəmələrə, o cümlədən, mənim şikayətlərim əsasında əvvəlcə Daxili İşlər Nazirliyində, sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqlara çağırılmışam. Uzun müddət gedən məhkəmə və istintaqlarda mənzilin mənə satılması sübuta yetirilib, ekspertizada sənədlərin saxta olmadığı təsdiqlənib. Buna görə “Vedi-E” MMC-nin direktoruna cinayət işi açılıb və həbs olunub. Lakin Şərurlu İsfəndiyar və onun qardaşı məndən əl çəkmirlər”,-qadın deyir.

Şikayətçi deyir ki, 2012-ci ildən etibarən Nəsimi Rayon Məhkəməsi, Ali Məhkəmənin Mülki Kollegiyası, Bakı Apellyasiya Məhkəməsi, Yasamal Rayon Məhkəməsi onun xeyrinə qətnamə və qərardadlar qəbul edib. Amma bu qərardadlar və qətnamələr icra edilməyib. Nəhayət Rəna Quraşlı 2017-ci ildə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qəbulunda olub.

Bu qəbuldan sonra öz mənzilinə köçə bilib: “Doğrudur, mənzilimə polis əməkdaşlarının müşayiəti ilə köçdüm, amma bir il məni bu MTK işıqsız, susuz qoydu. Mənzilimin işığını və suyunu kəsdiklərindən axşamlar şam işığında otururdum, bütün qışı soyuqdan dondum. Qonşularım, qohumlarım bizə su daşıyırdılar. Hətta binada işləyən fəhlələr də qaldığım mənzilə - 10-cu mərtəbəyə su gətiridilər. Xəstəlik tapdım, iş qabiliyyətimi itirdim...

İndiyə qədər bütün məhkəmələr mənim xeyrimə qərar çıxarıblar. Düşünürdüm ki, məsələ həll olundu, rahat yaşaya bilərəm, indi də mənə qarşı başqa bir iddia qaldırıblar”.

Şikayətçi deyir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsinin tələbi ilə Ali Məhkəmənin Mülki Kollegiyasının qarşısında 2012-ci ildən adı məhkəmələrdə heç yanda çəkilməyən Tofiq Balayev adlı şəxsin adından iddia qaldırılıb.

[/center]“Şərurlu İsfəndiyar” dul qadının mənzilinə göz dikib, fırıldaq yoluyla ələ keçirir - Oliqarx öz qardaşının imzasını saxta hesab edir...  [/center]

“Guya ki, mənim mənzilim əvvəlcə Tofiq Balayev adlı bu şəxsə satılıb. Bu şəxsin indiyə qədər olan məhkəmələrdə adı çəkilməyib, mənimlə heç bir mənzil problemi olmayıb, hətta üzünün belə görməmişəm. Əgər bu mənzil onundursa, niyə 10 il ərzində bir dəfə gəlib qapını döyməyib, mənzil tələb etməyib. Mən getdim, axtardım, araşdırdım, məlum oldu ki, bu şəxs “Şərurlu İsfəndiyar”ın şirkətində “KamAZ” sürücüsüdür. Özünü görə bilmədim, tanışları, qonşuları dedilər ki, onun heç mənzil iddiasından xəbəri yoxdur, yazıq, bədbəxt bir şəxsdir. Aldadıb pul təklif edib lazımi sənədlərə imza atdırıblar. Heç məhkəməyə də özü gəlmir, Şərurlu İsfəndiyarın vəkili Şahbar Kərimov onun adından prosesdə iştirak edir. Bu şəxsi İsfəndiyar öz oyununa cəlb edib, birinci fırıldaq baş tutmayıb, fikirləşir ki, bəlkə ikinci fırıldaq baş tutar, mənzilimi əlimdən alar”, - şikayətçi deyir.

R. Quraşovanın sözlərinə görə, dekabrın 25-də Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə növbəti məhkəmə iclası keçiriləcək. Məhkəmə bildirişində iclasda vəkillə birgə iştirak etməli olduğu qeyd olunsa da, imkansızlıqdan vəkil tuta bilmir: “40 ildən artıq müəllim işləmişəm, hazırda təqaüddə olduğumdan maddi imkanım yaxşı deyil. Vəkillə müqavilə bağlaya bilmirəm. Hüquqlarımı yalnız özüm qoruya bilərəm. Ümid edirəm ki, bu məhkəmə də işə düzgün baxacaq və ədalətli qərar çıxarılacaq”.

Qeyd edək ki, “Şərurlu İsfəndiyar”ın adı dəfələrlə bu kimi mənzil dələduzluğunda hallanıb. Məsələn, 2019-cu ilin martında Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin zabiti, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı bu tikinti maqnatının fırıldağı ilə üzləşmişdi. Belə ki, şəhid zabit sağlığında “Kamran” MMC adlı tikinti şirkətindən mənzil sahəsi alıb. Bu şirkətin sahibi sonradan tikintini yarımçıq qoyub, bir mənzili bir neçə adama satdığı üzə çıxıb və həbs olunub. Tikintini “Şərurlu İsfəndiyar”ın şirkəti davam etdirib və sonradan zabitin həyat yoldaşının ödəmə sənədlərini “etibarsız” sayaraq mənzilin dəyərini yenidən ödəməyi tələb etmişdi. Bu məsələ ciddi ictimai rezonansa səbəb oldu və Heydər Əliyev Fondu işə qarışdı, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsinə yeni mənzil verildi.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şərurlu İsfəndiyar” 650 min dollarlıq avtomobildən danışdı

    “Şərurlu İsfəndiyar” 650 min dollarlıq ...

    17-09-2014, 16:45

  • 
  • “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs olundu

    “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs ...

    16-05-2014, 10:25

  • 
  • "Şərurlu İsfəndiyar" həbs xəbərini təkzib etdi - Yenilənib

    "Şərurlu İsfəndiyar" həbs xəbərini ...

    22-05-2015, 00:01

  • 
  • “Şərurlu İsfəndiyar”ın şirkəti ölüm mənbəyidir

    “Şərurlu İsfəndiyar”ın şirkəti ölüm mənbəyidir ...

    12-02-2013, 10:42

  • 
  • "Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi

    "Bunu məndən başqa heç kim etməyib" - ...

    13-12-2019, 14:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu