9 fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər yaxınlaşdıqca Qax rayonunda da seçki fəallığı hiss edilməkdədir.
Gundemxeber.As editor.az-a istinadla bildirir ki, ötən gün Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev yerli dövlət qurumlarının rəhbərlərinə, məktəb direktorlarına və digər yerli müəssisələrin rəhbərlərinə göstəriş verib ki, sosial şəbəkələrdə digər namizədlərin paylaşımlarını kimsə bəyənməsin, paylaşmasın və müsbət şərhlər yazmasınlar.
İcra başçısı Musa Şəkiliyev özünün istəyəcəyi namizədin Qaxın gələcək deputatı olacağını deyib və digər namizədlərə səs verəcək qaxlıların tutduğu vəzifədən azad olunacağını bildirərək vətəndaşlara hədə-qorxu gəlməyə başlayıb. Redaksiyamıza daxil olan məlumata görə, Musa Şəkiliyev özü şəxsən kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və müəssisə rəhbərlərinə zəng edərək, bu tip tapşırıqlar verməkdədir.
Sorğu
Yeni dizaynımız necədir?