AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayevə Azərbaycan Respublikası Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova.
Bərdə rayonunda qeydiyyatda olan, müvəqqəti Bakı şəhəri, Nizami rayon, E. Süleymanov küç, 25/66, mənzil 399, G blok 2-ci qrup müharibə əlil, Həsənov Seymur Sətdar oğlu tərəfindən
Ə r i z ə
Bildirmək istəyirəm ki, Bərdə rayon hərbi komisarlığından çağırılaraq, 12.10.1992-ci ildən yanvar 1993-cü ilədək 107 (156) saylı hərbi hissədə (Hərbi Polisin nəzdində olan hərbi hissə) xidmət etmişəm. 29.01.1993-cü ildə Fizuli rayon istiqamətində gedən döyüşlər zamanı ağır yaralanmışam, Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasında müalicə olunmuşam və göndərişlə 08.02.1993-cü ildən 02.03.1993-cü ilədək Bərdə rayon mərkəzi xəstəxanasında müalicəmi davam etdirmişəm. İyul-avqust 1993-cü ildən yanvar 1994-cü ilədək yenidən 107 (156) saylı hərbi hissədə xidmət etmişəm. 12.02.2018-ci ildə mənə 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliktəyin edilmişdir. Qeyd etmək istəyirəm ki, bununla əlaqədar olaraq 12.02.2018-ci ildə mənə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə müraciət etmişəm və mənə 12.02.2018-ci il tarixdən 12.02.2023-cü ilədək 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi. Nəzərinizə çatdırmaq istəyirəm ki, mənə əlillik təyin olunan gündən etibarən pensiya alırdım. Lakin noyabr 2019-cu ildə yenidən elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, əlilliyim əsassız olaraq ləğv edilmişdir. Bu barədə 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməyə müraciət etmişəm. Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi və mənim əliliyimin etibarlı sayılması üçün Daxili İşlər Nazirliyinin Hospitalı tərəfindən 4110003AAC73 f 88 bərpa edilməsi üçün DTSERX-nə məktum göndərilməsinə və 12.02.2018-ci il tarixdən 12.02.2023-cü ilədək 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyimin elektron sistemdə bərpaedilməsinə köməkdarlıq edəsiniz. Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm.
İmza: Həsənov Seymur Sətdaroğlu. 09.12.2019-cu il.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?