GundemXeber.Az saytının redaksiyasına Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi-118, mən-12 ünvanında qeydiyyatda olan Məmmədova Fəridə Abdulla qızının yazdığı ərizəni diqqətlə oxuduqca, sanki bənzəri olmayan bir halda dəhşətə gəldik.
Çünki, adı çəkilən bu xanım yazmış olduğu ərizəsində qeyd edir ki, “Mənim iki azyaşlı övladımı, vaxtilə ailə həyatı qurduğum Ağacanov Müslüm Abbas oğlu öldürdü. Belə ki, o, “mən qız uşağı istəmirəm” deməklə, ilk öncə övladım üç aylığında olarkən, onun ağız nahiyəsinə “dezedrant” töküb öldürdü. Düzdür, bu haqda valideyinlərimə heç bir söz demədim və ölmüş qız övladımı səhər saat 5-6 radələrində aparıb dəfn etdilər. 1996-cı ildə daha bir qız övladım dünyaya gəldi və həmin uşağı qaynım Rafiq adlı şəxsin övladı olmadığından, ona övladlığa verdik.
Üçüncü övladım da qız oldu. O halda Müslüm Ağacanov uşağın ağız nahiyəsinə esensiya tökür ki, o, ölsün. Mən həyat yoldaşımın belə bir addım addım atmasını az sonra bildim və azyaşlı uşağı ölümdən xilas edib ona süd vermək istədikdə, Müslüm Ağacanov əl-qolumdan tutub mənə imkan vermədi. Həmin vaxtlarda bizə gələn anam hadisədən xəbərdar oldu və həyat yoldaşım işə getdikdən sonra, baş verənləri anama danışdım. Anam baş verən hadisəyə görə qaynənəmlə ciddi mübahisə etdi və biz birlikdə evdən çıxdıq. Həyat yoldaşımın atdığı addımla bağlı polisə yazılı ərizə təqdim etdim.
Etdiyim şikayətlə bağlı onu üç ay polisdə saxlayıb buraxdılar. Onu da qeyd edim ki, ağız nahiyəsindən ciddi xəsarətlər almış uşağı “Semaşko” xəstəxanasında müalicə edən həkim bildirdi ki, “uşaq ciddi xəsarətlər alıb, ona görə də onun həyatı təhlükədədir”. Həmin vaxtlarda qaynım Rafiq həkimlə nəsə danışır ki, həkim xəsarəti yüngül yazsın. Belə bir yolla da, qardaşını polisdən çıxartmaq mümkün olsun. Son olaraq onu bildirim ki, uşaq doqquz ay müalicə olunsa da, onun temperaturunu aşağı salmaq mümkün olmadı. Uzun müddətli müalicə nəticə vermədiyindən, uşağın əməliyyat olunmasına ehtiyac yarandı və azyaşlı körpə əməliyyatdan sonra dünyasını dəyişdi. Baş verən belə bir faciə ilə bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciətlər etsəm də, təəssüflər olsun ki, iki övladımın ölümünə səbəb olan Ağacanov Müslüm Abbas oğluna qarşı lazımi cəza tədbiri görülmədi. Onu da bildirim ki, mən neçə illərdir ki, həyat yoldaşımdan ayrılmışam və baş verən hadisənin qanuni araşdırılmasını tələb edirəm”. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?