Saatlıda bircə tanışı belə, olmayan Nahid Bağırov bu rayondan namizədliyini niyə verib?..
Bu sualı Saatlı sakinləri həm özlərinə verirlər, həm də 62 saylı Saatlı seçki dairəsindən öz namizədliyini irəli sürən Azərbaycan Turizm Asossasiyasının İdarə Heyətinin sədri Nahid Bağırova ünvanlayırlar.
MM deputatlığna sürpriz namizədlərdən olan Nahid Bağırovun Saatlıda seçki kampaniyası tam fiaskoya uğrayıb. Bir neçə gündür Saatlıda İcra Hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsi haqda PİA.az-a məlumatlar daxil olmaqdadır. Gələn məlumatlarda göstərilir ki, bütün kənd icra nümayəndələrinə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırova köməklik etmək və onun görüşünə seçiciləri adminstrativ yolla toplamaq tapşırığı verilib. Saatlı sakinlərinin iddialarına görə, bir sıra kəndlərin icra nümayəndələrinə bu tapşırıq birbaşa Saatlının icra başçısı Nazim İsmayıov tərəfindən verilib.
Icra nümayəndələri kənd sakinlərinə başçının adından hədə-qorxu gələrək tanımadıqları namizədlə görüşə çıxarmaq istəyirlər. Lakin icra nümayəndələrinin hətta polis adından etdiyi hədə-qorxulara baxmayaraq, dünənə kimi bir kənddə belə, seçicilərlə görüşü alındırmaq mümkün olmayıb.
Saatlıdan daxil olan məlumatda bildirilir ki, rayonun Azadkənd, Camışlı, Qaralar, Qaracalar, Seyidlər, Kamallı kəndlərində görüşlə bağlı tələblər kəskin narazılıq və etirazla qarşılanıb. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayıov yuxarılara aldadaraq guya etirazçıların AXCP sədri Əli Kərimlinin qohumları olduğunu deyib və bununla da vəziyyətdən çıxmaq istəyib. Halbuki etirazçılardan yalnız Azadkənd sakinləri AXCP rəhbərinin qohumudur, yerdə qalan kəndlərin sakinlər sırf iqtidar tərəfində olanlardır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?