Dekabr ayının 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətinin Şirvan regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev və Taleh Cəfərov olduqları müəyyən edilib. Onlardan “MÇ-2112”, “İJ-58”, “İJ-27” markalı 3 ədəd ov tüfəngi və 15 ədəd patron, habelə ovladıqları 10 göyərçin quşu götürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?