Saatlı rayonunda qadın ehtiyatsızlıqdan güllə yarası alıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 29-da Saatlı rayonunun Azadkənd kəndində baş verib. Kənd sakini Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan "TOZ-63" markalı tüfəng götürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?