GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əli Həsənovun “şəbəkəsi” iş başında – Vəkil, məhkəmə sədri və hakim necə şantaj olunur?... – Araşdırma (II hissə)

Əli Həsənovun “şəbəkəsi” iş başında – Vəkil, məhkəmə sədri və hakim necə şantaj olunur?... – Araşdırma (II hissə)

Tarix: 23-01-2020, 14:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 918
Əli Həsənovun “şəbəkəsi” iş başında – Vəkil, məhkəmə sədri və hakim necə şantaj olunur?... – Araşdırma (II hissə)


Beləliklə, Mətbuat Şurasının həll edə bilmədiyi (və ya həll etmək istəmədiyi) məsələ Nəsimi rayon məhkəməsində araşdırılma predmetinə çevrilir. Bu zaman “Həsənov şəbəkəsi”nə aid olan saytlar və trollar şəbəkəsi ölkə qanunlarını ayaq altına ataraq, məhkəmənin sədrinə, hakimə və vəkilə qarşı qarayaxma kampaniyasına start verir. Problemin məhkəmə müstəvisində araşdırılması prosesi getməsinə baxmayaraq, hakimlərə və vəkilə təzyiqlər göstərmək məqsədilə müxtəlif saytlarda və şəbəkələrdə “cızmaqaralar” işıq üzü görməyə başlayır. Vəziyyət o həddə çatır ki, Fəridə Əzizova və Aysel Akçimenin məhkəmədə hüquqlarını qoruyan vəkil Facebook sosial şəbəkəsində olan səhifəsində yazılanlara münasibət bildirmək zorunda qalır.

“Məni tanıyanlar bilir ki, işə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilməmiş müdafiə etdiyim şəxsin mənafeyini nəzərə alaraq icraatımda olan hər hansı işlə əlaqədar məlumat paylaşmıram.
Hesab edirəm ki, sosial şəbəkələr məhkəmə çəkişməsi meydanı deyil. Vəkil işlə əlaqədar sübutları məhkəmədə təqdim etməli və müdafiə etdiyi şəxsin xeyrinə qərar çıxarılmasına çalışmalıdır. Lakin Media.az internet informasiya ehtiyatının 18.10.2019-cu il buraxılışında “Фарида Азизова пытается нажиться на свободе слова?” başlıqlı yazıda etik qaydalardan kənara çıxıldığına və mənim şəxsimə qarşı ifadələr işlədildiyinə görə müdafiə etdiyim şəxslərin də razılığı ilə həmin yazıya münasibət bildirməyə məcburam.
Əvvəlcə işlə əlaqədar qısa arayış vermək istəyirəm: 16.12.2018-ci il tarixdə Azərbaycanın tanınmış taekvondo idmançısı Fəridə Əzizova qohumu və rəfiqəsi Aysel İsgəndərovanın ad günü tədbirində iştirak etmiş və həmin tədbirdən çəkilmiş şəkilləri öz instagram səhifəsində “Həyatın hər dəqiqəsini sevin” başlığı ilə yerləşdirmişdir. Səhər yuxudan oyandıqda isə bütün saytların məhz open.az saytına istinad etməklə “Azərbaycanlı idmançı öz həmcinsi ilə nişanlanıb?” başlıqlı xəbərlə rastlaşmışdır. Xəbərin mənbəyinin məhz open.az saytı olmasını bir çox saytlar qeyd edib. Statusa əlavə etdiyim həmin vebsaytlardan çıxarışlardan bunu aydın görmək mümkündür.
İddiaçılar Fəridə Əzizova və Aysel İsgəndərova əvvəlcə hüquqlarını müdafiə etmək üçün şikayət ərizəsi ilə Azərbaycan Mətbuat Şurasına müraciət etmiş, 15.01.2019-cu il tarixdə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclasında onların barəsində həqiqətə uyğun olmayan məlumat yaydığına görə www.open.az internet informasiya ehtiyatı barəsində araşdırma aparılması barədə edilmiş şikayət müzakirəyə çıxarılmışdır. Şikayətin müzakirəsi zamanı müəyyən olunmuşdur ki, saytın əməkdaşları Fəridə Əzizova və Aysel İsgəndərova barəsində hazırlayıb yaydıqları xəbərlərdə ciddi xətalara yol vermişlər. Belə ki, informasiya qondarma fakt üzərində qurulmuş, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilməmiş, qarşı tərəfin rəyi öyrənilməmişdir. Sayt redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri, saytda təkzib verilməsi, narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq addımların atılması yönündə rəy vermişlər. Bu barədə Mətbuat Şurasının saytında tanış olmaq mümkündür.
Bundan sonra “open.az” internet informasiya ehtiyatı öz səhifəsində, facebook və instagram səhifələrində təkzib vermiş, Fəridə Əzizova və Aysel İsgəndərovadan üzr istəmişdir.
İş üzrə bütün sübutlar toplanıldıqdan sonra Fəridə Əzizova və Aysel İsgəndərova şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsinə üçün məhkəməyə müraciət etmişlər. İş üzrə məhkəmə-linqvistik ekspertiza təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olmuşdur. Hazırda iş baxılması üçün məhkəmə baxışına təyin edilmişdir.
Yuxarıda qeyd etdiyim kimi Media.az internet informasiya ehtiyatının 18.10.2019-cu il buraxılışında “Фарида Азизова пытается нажиться на свободе слова?” başlıqlı yazıda etik qaydalardan kənara çıxılaraq qərəzli məlumatlar əksini tapmışdır.
Əvvəlcə həmin yazıda Media.az internet informasiya ehtiyatının “Hansısa səbəbdən Fəridə Əzizova qeyd edilən məlumatları yayımlayan digər xəbər resurslarını diqqətdən kənar qoyaraq idmançının düşdüyü mürəkkəb vəziyyətə anlayışla yanaşan və rəsmi qaydada üzr istəyən jurnalistləri məhkəməyə verir. (Почему-то оставив без внимания другие новостные ресурсы, опубликовавшие данный материал, Азизова подала в суд именно на тех журналистов, которые с понимание отнеслись к сложной ситуации, в которую попала спортсменка, и опубликовали извинение).” fikrinə münasibətimi bildirim. Statusa əlavə edilmiş müxtəlif saytlardan çıxarışlardan da göründüyü kimi müdafiə etdiyim şəxslər barəsində yayılmış xəbər open.az saytına istinad edilməklə verilmişdir. Deməli, burada digər internet informasiya ehtiyatlarının məsuliyyətindən söhbət gedə bilməz. Bundan başqa, əgər open.az-ın xəbərin birinci yayılmasında heç bir günahı yox idisə, hansı səbəbə həmin xəbəri təkzib edərək bununla bağlı müdafiə etdiyim şəxslərə rəsmi üzrxahlıq məktubu ünvanlayırdı?
Daha sonra, Media.az yazıda bütün etik çərçivədən kənara çıxaraq “birdən-birə haradansa peyda olan Fəridə Əzizovanın vəkili Yaqub Məmmədov ona bu işdə gəlir əldə etməyi tövsiyə etmişdir. (Тут-то откуда ни возьмись, появился адвокат Азизовой Ягуб Мамедов, посоветовавший ей заработать на этом)” fikrinə münasibət bildirərək qeyd edim ki, birincisi, mənim soyadım Məmmədov deyil, Məmmədlidir. İkincisi, mən haradansa peyda olmamışam, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm. Fəridə Əzizova və Aysel İsgəndərova mənə hüquqi yardım göstərilməsi üçün müraciət etmiş və aramızda bu barədə müqavilə bağlanmışdır. Bununla yanaşı, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə əlaqədar iddia ilə məhkəməyə müraciət edən şəxs mənəvi ziyanın hansı məbləğdə tələb edilməsi hüququnu da özündə saxlayır. Burada vəkilin müdafiə etdiyi şəxsə “xəbərdən gəlir əldə etmək” deyil, mənəvi ziyanın ödənilməsi ilə bağlı tövsiyəsindən söhbət gedə bilər.
Daha sonra, yazıda qarşı tərəfin vəkili Kamandar Nəsibovun məsələyə münasibəti əksini tapıb. Hörmətli həmkarım da Azərbaycan Respublikası Konstitusiyasına əsasən ölkədə söz azadlığının olduğunu və istənilən jurnalistin mənbəyi göstərilməklə hər hansı yazı vermək hüququnun olduğunu bildirir.
Qeyd edim ki, ölkədə söz azadlığının olduğunu heç kəs danmır. Lakin bu o demək deyil ki, bu azadlıqdan sui-istifadəyə də yol verilir. Hörmətli həmkarıma xatırlatmaq istəyirəm ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Fəridə Əzizova və Aysel İsgəndərova barəsində yalan məlumat yayıldıqdan sonra onlar bir müddət utandıqlarından küçəyə belə çıxa bilmirdilər. Onların şərəf və ləyaqəti alçaldılmış, mənəvi sarsıntı keçirmişlər. Open.az saytının əsaslandırılmamış, heç bir mötəbər mənbəyə istinad etmədən və ən əsası iddiaçıların fikrini soruşmadan paylaşdığı bu xəbər hər ikisinin həyatını məhv etmiş, ailələrində, cəmiyyətdə qazandıqları hörmətə çox mənfi təsir göstərmişdir. Onların hər ikisi mütəmadi olaraq psixoloqa müraciət edirlər. Barələrində verilmiş psixoloji rəyə əsasən onlarda postravmatik stress, ifadə olunmuş depressiya, təşviş pozuntusunun əlamətləri aşkar olunmuşdur. Göründüyü kimi open.az internet informasiya ehtiyatının jurnalistlərinin (Rəvan Rəd və Gülnar Qafarlı) söz azadlığından sui-istifadə edərək mötəbər mənbəyə deyil, şaiyəyə istinad edərək xəbər yayımlaması yolverilməzdir və jurnalistlərin peşə etikasına ziddir.
Media.az internet informasiya ehtiyatındakı yazının sonunda elektron məhkəmə sistemindən Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun şəkli paylaşılır. Qeyd edim ki, mülki iş məhkəmə sədrinin deyil, məhkəmənin başqa hakiminin icraatındadır. Hesab edirəm ki, sədrin şəklinin paylaşılması, ümumiyyətlə yazının məqsədi mübahisəli mülki işlə əlaqədar məhkəməyə təsir etmək, özlərinin xeyrinə qərar çıxarılmasına nail olmaqdır.
Sonda bütün jurnalistlərə hörmətimin olduğunu bildirir, onların da mənim şəxsimə deyil, öz peşələrinə, oxuyucu auditoriyalarına hörmətlə yanaşmasını və yalan məlumat verməkdən çəkinməsini xahiş edirəm.
p.s. növbəti məhkəmə iclası Nəsimi Rayon Məhkəməsində 21.10.2019-cu il tarixə saat 16:30-a təyin olunmuşdur. Jurnalistlər və istənilən şəxs məhkəmə iclasında iştirak edərək işlə bağlı ətraflı məlumat əldə edə bilər.”

Daha da azğınlaşan şəbəkə nəzarətlərində olan internet resusrslarında “Fəridə Əzizova ilə bağlı məhkəmə-psixoloji ekspertizanın təyin olunması barədə vəsatət qaldırılır”, “Hakim Solmaz Mustafayeva qərəzli, yoxsa təcrübəsizdir?” başlıqlı məqalələri dərc etdirməyə başlayırlar. Xatırladaq ki, bu tip yazıların əksəriyyəti Prezidentin keçmiş köməkçisi Əli Həsənovun birbaşa nəzarətində olan və SOCAR-ın maliyyələşdirdiyi saytlarda yayımlanır.

Reket axtarışında olan Mətbuat Şurası baş verənləri görmürmü və yaxud, Şura reket jurnalistikanı hansl kriteriyalarla müəyyənləşdirir?

Bir çox hallarda MŞ hüquq-mühafizə orqanlarına və məhkəmələrə reket fəaliyyətilə məşğul olan mətbu nəşrlər barəsində məlumatlar təqdim edir. Təcrübədə belə hallar kifayət qədərdir. Nəzərə alsaq ki, Fəridə Əzizova cəmiyyətdə ictimai nüfuza malik bir şəxsdir, onda MŞ-nın baş verənlərə göz yumması başa düşülən deyil. Fəridə Əzizova ilə bağlı gedən yazılarda vizual baxış zamanı hiss olunur ki, jurnalistikanın bütün qanunları kobudcasına pozulub. Buna baxmayaraq, MŞ yaranmış problemin həll olunması istiqamətində acizlik nümayiş etdirib. Təbiidir... Əflatun Amaşovun rəhbərlik etdiyi şura Əli Həsənovun illərlə yetişdirdiyi reket jurnalistlərin qarşısında gücsüz görünür. Məhz bu səbəbdən Fəridə Əzizovanın məsələsində Əflatun Amaşov dərinə gedə bilməzdi. MŞ-nın digər fiqurantı, “İki sahil” qəzetinin baş redaktoru və Reket Komissiyasının sədri Vüqar Rəhimzadənin bu məsələlərdə müşahidəçi mövqeyi diqqəti cəlb edir. Mətbuatda SOCAR-ın müdafiəçisi rolunda çıxış edən Vüqar Rəhimzadə təmsil etdiyi qurumla bağlı mətbuatda gedən tənqidi materialları sildirmək üçün hərbə-zorba gəlməkdən belə çəkinməyir. Çünki ortada iqtisadi və maddi maraqlar var. Amma Fəridə Əzizovanın məsələsi MŞ-da müzakirə olunarkən, Vüqar Rəhimzadənin cınqırı belə çıxmayıb. O, özünə “doğma” olan saytlardan cızmaqaraları nəinki sildirməyib, buna cəhd də etməyib. Prezidentin şəxsən tandığı xanım idmançımıza qarşı Vüqar Rəhimzadənin laqeyid münasibətinin kökündə nələr dayanır? Vüqar Rəhimzadənin fəaliyyəti və “yaradıcılığı” barədə gələn yazılarımızd ətraflı məlumat verəcəyik.

Ardı var...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlqar Məmmədovun məhkəmə prosesinin protokolunun surəti müdafiə tərəfinə verilmir

    İlqar Məmmədovun məhkəmə prosesinin protokolunun ...

    12-09-2018, 16:45

  • 
  • “Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara münasibət bildirib - VİDEO

    “Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin ...

    20-04-2018, 10:55

  • 
  • İki Azərbaycan qadınının taleyilə oynayanlar kimlərdir?! - “Həsənov şəbəkəsi”nin dəhşətli əməlləri – ARAŞDIRMA (I hissə)

    İki Azərbaycan qadınının taleyilə oynayanlar ...

    22-01-2020, 16:42

  • 
  • Astara Elektrik Şəbəkəsi rəsinin ŞOK GÖRÜNTÜLƏRİ - Video

    Astara Elektrik Şəbəkəsi rəsinin ŞOK GÖRÜNTÜLƏRİ ...

    16-10-2018, 16:58

  • 
  • Vəkil: Gözəl Bayramlının məhkəməsi süni şəkildə uzadılır

    Vəkil: Gözəl Bayramlının məhkəməsi süni şəkildə ...

    2-04-2018, 15:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu