Sosial şəbəkədə Astara Elektrik Şəbəkəsinin rəisi Aqverdi Həsənovun işçilərə qarşı qanunsuz hərəkətlər etdiyi iddia edilən görüntülər yayılıb.
GundemXeber.Az open.az-a istinadən xəbər verir ki, görüntülərdə adıçəkilən rəislə işçi arasında mübahisə yaranıb. Həmin mübahisə bir müddət sonra davaya çevrilib. Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, “Azərişıq” ASC-nin 24 saat xidmət göstərən bir qurumdur: "Kiminsə evində gecə saat 3-də işıq sönübsə, əməkdaşımız gedib onu düzəltməlidir. Gözləməli deyil ki, səhər açılsın, iş saatı başlasın. İşıqsız həyat yoxdur. Nə dərəcədə doğrudur ki, iş prosesini çəkib, sosial şəbəkələrə yayırlar. O videoda rəis işçilərinə göstəriş verir. Videoya tam təfsilatı ilə baxmamışam. Amma orada qeyri-adi nəsə yoxdur. Bu normaldır. Əgər orada hansısa qeyri-qanuni hərəkət varsa, ondan mənim xəbərim yoxdur. Araşdırarıq".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?