GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İki Azərbaycan qadınının taleyilə oynayanlar kimlərdir?! - “Həsənov şəbəkəsi”nin dəhşətli əməlləri – ARAŞDIRMA (I hissə)

İki Azərbaycan qadınının taleyilə oynayanlar kimlərdir?! - “Həsənov şəbəkəsi”nin dəhşətli əməlləri – ARAŞDIRMA (I hissə)

Tarix: 22-01-2020, 16:42 Bölmə :Cəmiyyət Baxış: 605
İki Azərbaycan qadınının taleyilə oynayanlar kimlərdir?! - “Həsənov şəbəkəsi”nin dəhşətli əməlləri – ARAŞDIRMA (I hissə)


Əməkdaşımızın xeyli müddətdir gündəmdən düşməyən bir mövzu ilə bağlı araşdırma aparmasına icazə istəməsi tərəfimizdən müsbət qarşılandı.

Söhbətin tanınmış xanım idmançımız Fəridə Əzizovanın ətrafında gedəcəyi mövzunun aktuallığını daha da artırırdı. Internet üzərindən apardığımız araşdırmalar kifayət qədər ziddiyyətli olduğu üçün adıçəkilən şəxslərlə görüşərək qaranlıq məqamlara aydınlıq gətirmək təklifimizə qarşı tərəf etiraz etmədi. Beləcə Fəridə və Aysel xanımla görüşdük. Bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Məqaləmiz üçün gərəkli olan informasiyaları məmnuniyyətlə bölüşən hər iki xanımın emosional və psixoloji durumunun gərgin olması diqqətimizdən yayınmadı. Hiss olunurdu ki, baş verən hadisələr zamanı xanımlar ciddi mənəvi zərbəyə məruz qalıblar. Bu azmış kimi onların ailəsində ciddi problemlər yaşanmaqdadır. Əvvəlcə gəlin hər iki xanımla yaxından tanış olaq.

Fəridə Əzizova - 1995-ci ildə Azərbaycanın Qusar şəhərində anadan olub. Birinci uğurunu 2007-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində, gənclər arasında Avropa Çempionatının bürünc medalını qazanaraq əldə edib. 2008-ci ildə isə yeniyetmələr arasında Dünya çempionu olub. Fəridə Əzizova növbəti il Serbiyanın paytaxtı Belqrad şəhərində, gənclər arasında Avropa Çempionatında qızıl, Trilleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatında isə bürünc medal qazanıb. Həmçinin 2012-ci ildə Yay Olimpiya Oyunlarında lisenziya xarakterli yarışın qalibi olaraq London Olimpiadasına vəsiqə əldə edib.
Fəridə Əzizova 2013-cü ildə Puebla şəhərində keçirilən Dünya Çempionatında və 2014-cü ildə Bakı şəhərində keçirilən Avropa Çempionatında bürünc medal, həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taekvondoçudur.

Aysel Akçimen 1988-ci ildə anadan olub. Ailəlidir. Bakı şəhərində yaşayır.
Hər iki xanımı bir-birinə qohumluq əlaqələri bağlayır.

“Həyatın hər dəqiqəsini sevin” ifadəsi hər iki xanımın həyatını bir anın içinə alt-üst edərək zəhərə döndərir.

İki Azərbaycan qadınının taleyilə oynayanlar kimlərdir?! - “Həsənov şəbəkəsi”nin dəhşətli əməlləri – ARAŞDIRMA (I hissə)


16 dekabr 2018-ci ildə, ad günündə çəkilən bir fotoşəkil və onun aşağısındakı dörd sözdən ibarət cümlə dörd gündən sonra əksər internet resurslarının və sosial şəbəkələrin manşet yazısına çevrilir. Open.az saytına istinadən “Qadın idmançımız həmcinsi ilə nişanlanıb” başlıqlı materiallar ildırım sürətilə gündəmi zəbt edir. Səhər yuxudan ayılan xanımlar dost-tanışlarından aldıqları xəbərdən şoka düşürlər. Qısa zaman kəsiyində sosial şəbəkələrdə trol dəstələri tərəfindən hər iki xanıma qarşı qarayaxma kampaniyasına start verilir. Problem o qədər ciddiləşir ki, ailə üzvləri və yaxın qohumlar yaranmış situasiyadan narahatlıq hissi keçirməyə başlayırlar. Heç vaxt mətbuatla problem yaşamayan xanımlar çıxılmaz vəziyyətlə üzləşdikləri üçün nə edəcəkləri barədə qərara gələ bilmirlər. Çünki həqiqəti əks etdirməyən yazılar çoxaldıqca onlara edilən telefon zənglərinin də sayı artmaqda davam edir. Fəridə Əzizova məqaləni dərc edən sayta zəng vuraraq, nə baş verdiyini aydınlaşdırmaq istəyir. Ad günü ilə və Aysel xanımla bağlı məlumat verərək, çəkilmiş fotoşəkiləri də onlara təqdim edir. Bunun ardınca mətbuata açıqlama verir: "Aysel xanım mənim uzaq qohumumdur. Belə şayiələrin yayılmağı doğru deyil. Aysel xanım ailəlidir və bu, onun ailəsində böyük problem yarada bilər. Bu xəbəri ilk yazan saytla danışdım və doğum günündən çəkilmiş fotoları göndərdim. Bir daha deyirəm ki, həmin fotolar doğum günündə çəkilib. Mənim "İnstagram"da şəkil paylaşmağımın belə problem yaratmağının səbəbini anlamıram. Belə çıxır ki, bundan sonra hansısa fotonu paylaşanda ehtiyat etməliyik?" Eyni zamanda məqalənin müəllifi Rəvan adlı şəxslə hər iki xanımın telefon danışığı baş tutur. Rəvan israrla təkzib verməyəcəyini bildirərək qarşı tərəfə məhkəməyə müraciət etməyi təklif edir. Baş verənlərin şokundan ayılmayan xanımlar dostlarıın məsləhətilə Mətbuat Şurasına müraciət edirlər.

Mətbuat Şurasında qadın idmançımıza “isti münasibət” göstərilsə də, “boğazdan yuxarı” təriflər deyilsə də, saytların və sosial şəbəkələrin total hücumları səngimir.

Fəridə Əzizova MŞ-nın icraçı katibi Şəmsəddin Əliyevlə görüşərək baş verənlər barədə məlumat verir. İcraçı katib məsələni dərhal nəzarətə götürərək şikayətçilərə kömək edəcəklərinə söz verir və məsələnin “Reket Komissiyası”nın müzakirəsinə çıxarılmasına nail olur. Open.az saytının əməkdaşları MŞ-na dəvət olunur, yaranmış vəziyyət müzakirə edilir. Sayt əməkdaşlarının saymazyana hərəkətlərinə və davranışlarına baxmayaraq, onların diqqətinə çatdırılır ki, əgər təkzib verilməsə adıçəkilən sayt “qara siyahı”ya salına bilər. Hər iki xanım qeyd edirlər ki, Şəmsəddin Əliyev bu məsələdə onlara köməklik göstərməyə cəhdlər edib. Hətta, 20-yə yaxın saytdan məqalənin silinməsində birbaşa rəhbərliyi öz üzərinə götürüb. Bu ərəfədə problemlərinin həllində ciddi nəticələrə nail olmayan xanımlar məhkəməyə müraciət etməli olurlar. Vəziyyətin ciddiliyini görən Open.az saytı üzr istəyərək, səhvə yol verdiyi etiraf edir. Amma, artıq gec idi. Saytlar və sosial şəbəkələr öz işini görmüşdü. Hər iki xanım özlərinə qapanaraq emosional şəkildə evlərindən bayıra çıxa bilmirlər. Ciddi psixoloji zədə alan Fəridə Əzizova məşqlərinə davam edə bilmir, Aysel Akçimen isə ana olmaq ümidilə bətnindəki körpəsini düşünərək özünü ələ almağa çalışır. Həkim müayinəsindən keçən Aysel xanıma bildirilir ki, stress və əsəbdən, emosional-psixoloji gərginlikdən sağlamlığında ciddi problemlər yarana bilər. Amma, Aysel xanım əsəblərini cilovlaya və özünü ələ ala bilmir. Ətrafdakı insanların kinayəli və şübhə dolu baxışları, nə baş verdiyini anlamayan valideyinlərinin və digər ailə üzvlərinin sual dolu nəzərləri, dost-tanışların aramsız zəngləri və yersiz sualları hər iki xanımın mənəvi iztirablarını daha da artırır. Baş verənlərin fonunda Fəridə Əzizova MŞ-nın sədri və o dönəmdə Milli Məclisdə əyləşərək xalqın problemlərini həll etməyə görəvli olan Əflatun Amaşovla görüşür. Şura sədri xarakterinə uyğun olaraq, “təbəssüm” dolu baxışlarla Azərbaycan dövlətini və xalqını dünyada təmsil edən gənc idmançımızı qəbul edərək onunla şəkil də çəkdirir. Tərəqqi medallı xanım idmançımız hansı şəbəkənin toruna düşdüyündən, gələcəkdə onları nələrin gözlədiyindən xəbərsiz şəkildə Əflatun Amaşovun otağını tərk edir. Bütün gününü respublikamızın idman şərəfini qorumaq üçün təlim-məşq toplantılarında keçirən 24 yaşlı gənc xanım, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsinə qədər yüksələn Əli Həsənovun və onun Əflatun Amaşov kimi icraçılarının mənfur niyyətlərindən bixəbər idi. Prezident İlham Əliyevin Tərəqqi medalı ilə mükafatlandırdığı Fəridə Əzizova, elə Prezidentin inanaraq etimad göstərdiyi Əli Həsənovun nəzarətində olan saytların və trolların hücumuna məruz qaldıqlarını bilmirdi. Onlar inana bilmirdilər ki, pul, vəzifə, hüdudsuz maddi, iqtisadi və siyasi rıçaqlar Əflatun Amaşov kimilərin gözlərini o qədər qapatmışdı ki, dövlətə və xalqa idmançı kimi şərəf gətirən gənc xanımın taleyi həmin xəyanətkar “şəbəkə” üçün maraqlı deyildi. Beləliklə, Əflatun Amaşovun həll etməli olduğu problem məhkəmə müstəvisinə daşınır.

Sən saydığını say, gör “Həsənov şəbəkəsi”nin xəyanətkarları nə sayır...

Ardı var...

Növbəti məqaləmizdə:

1. Mətbuat Şurası Open.az saytı da daxil olmaqla SOCAR-ın maliyyələşdirdiyi və Əli Həsənovun nəzarətində olan saytları niyə “qara siyahı”ya salmadı? Səbəb və nəticələri.
2. “Reket Komissiyası”nın sədri və SOCAR-ın maliyyələşdirdiyi “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəxsən tanıdıqları və qiymət verdikləri Tərəqqi medallı taekvondoçumuz Fəridə Əzizovanın məsələsində niyə müşahidəçi mövqeyində olub?
3. Vüqar Rəhimzadə bu məsələdə haradan və kimdənsə tapşırıq alıbmı?
4. Fəridə Əzizova və Aysel Akçimen barəsində dərc olunan məqalədə şərəf və ləyaqətin alçaldılması açıq-aydın görünsə də, nəyə görə bu məsələnin məhkəməyə qədər daşınmasına MŞ göz yumub?
5. Günahsız bir körpənin ana bətnində tələf olmasının səbəbkarı və günahkarı kimlərdir?
6. Qız övladı haqqında yayılan şər və böhtanlardan sonra beyninə qan sızaraq yataq xəstəsinə çevrilən atanın vəziyyəti kimləri narahat etməlidir?
7. Baş verənlərdə cinayət tərkibli əməllər varmı?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda tanınmış xanım idmançının evindən oğurluq edənlərdən biri rəfiqəsinin bacısı imiş

    Bakıda tanınmış xanım idmançının evindən oğurluq ...

    6-08-2018, 11:44

  • 
  • Goranboy prokurorunun qızı özünü öldürdü

    Goranboy prokurorunun qızı özünü öldürdü ...

    30-03-2015, 11:50

  • 
  • Gəncədə məktəbli qız özünü 13-cü mərtəbədən atdı

    Gəncədə məktəbli qız özünü 13-cü mərtəbədən atdı ...

    29-03-2015, 14:50

  • 
  • "Bizim market"də dövlətə təxribat-bir maldan iki ədəd satılmır

    "Bizim market"də dövlətə təxribat-bir ...

    21-12-2015, 20:24

  • 
  • “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – Paşazadə ətrafında qara buludlar

    “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – ...

    21-09-2017, 11:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu