GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... – Araşdırma (I hissə)

Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... – Araşdırma (I hissə)

Tarix: 29-01-2020, 14:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 628
Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... – Araşdırma (I hissə)


Azərbaycan mətbuatının tarixində adları qara hərflərlə yazılacaq şəxslərin fəaliyyətinin araşdırılaraq ifşa olunması istiqamətində hazırladığımız yazıların silsiləsindən növbəti məqaləmizi oxucularımızın mühakiməsinə veririk.

Çox uzatmadan birbaşa mətləbə keçək. Beləliklə...
2000-ci ilin əvvəlləri idi. Yaxın dostlarımızdan biri ilə Fəvvarələr meydanında görüşərək bir az gəzintiyə çıxmaq qərarına gəldik. Çalışdığım işimdən yenicə ayrılmışdım. Bir az dincəlmək, güc yığmaq və yenidən planlaşdırdığım sahələrin birində fəaliyyət göstərmək niyyətində idim. Gözlərimiz önündə günü-gündən gözəlləşən Bakı şəhərində gəzintiyə çıxmağın və bu gözəllikdən həzz almağın ləzzətini dadmağa çalışırdım. Təsadüf nəticəsində, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) təhsil aldığım müddətdə gözəl münasibətlərdə olduğum tələbə yoldaşımla qarşılaşmağım əhval-ruhiyyəmi daha da yüksəltdi. Görüşüb qucaqlaşdıq. Elə ayaqüstü tələbəlik illərimin xatirələrindən bir neçəsini yada salaraq gülüşdük. Söhbət əsnasında Qafar Əliyev adlı tələbə yoldaşımızın Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində çalışmağı barədə xəbəri eşidib çox sevindim. Yaddaşımı təzələməyə çalışdım. Bu o Qafar Əliyev idi ki, tələbə olduğumuz zaman İnstitutun dəhlizində hansısa qəbahətinə görə digər tələbələr tərəfindən ciddi təhdidlərə məruz qalmışdı. Hətta buna görə onu döyərək cəzalandırmaq qərarını verənlər də olmuşdu. Bu söhbətə müdaxilə edərək, Qafar Əliyevi həmin şəbəkənin cəngindən sağ-salamat qurtarmışdıq. Gözlərimin önündə Qafar Əliyevin həmin dövrlərdəki zahiri görünüşünü canlandırdım. Əynində nimdaş gödəkçə, boynu sıradan çıxmış köynək, altlığı aralanmış ayaqqabılar onun kasıb həyat tərzi sürməsindən xəbər verirdi. 90-cı ilin əvvəllərində ölkədə hökm sürən ağır ictimai-siyasi vəziyyət respublikamızı ciddi iqtisadi sınaqlar qarşısında qoymuşdu. Elə bizlər də Qafar Əliyevdən fərqli yaşamırdıq. Uşaqlıqdan ədalətsizliyə və haqsızlığa qarşı barışmaz mövqedə olmağımız böyüdükcə bu keyfiyyətlərin xarakterimizə hopmasına sirayət etmişdi. Qafar Əliyevi də məhz bu səbəbdən müdafiə etmişdik. Belə qərara gəldik ki, Qafar Əliyevlə görüş təyin edək.

İlk görüş və ondan yaranan təəssüratlar...

Bir neçə gündən sonra mən, tələbə yoldaşımız və Qafar Əliyev artıq süfrə arxasında oturmuşduq. Xeyli müddət tələbəlik illərimizi xatırlayaraq deyib-güldük. Söhbət əsnasında Qafar Əliyev mənə, idarə etdiyi və rəhbəri olduğu “Azad Azərbaycan” qəzetində və radiosunda çalışmaq təklifini irəli sürdü. Düzü, xeyli tərəddüd etdim. Çünki jurnalistika mənim üçün tamam yeni və gözlənilməz bir sahə idi. İşlədiyim digər sahələrlə heç bir uyğunluğu yox idi. Qafar Əliyev israrla bildirirdi ki, ona etibarlı və sadiq adamlar lazımdır. Sonda qərara gəldik ki, özümü bu sahədə sınayım və beləliklə “Azad Azərbaycan” adlı Beynəlxalq ictimai-siyasi radioda və “Azad Azərbaycan” qəzetində fəaliyyət göstərməyə başladım. Ilk günlər mətbuat sahəsinə və kollektivə uyğunlaşmaq müəyyən çətinliklər yaratsa da, get-gedə yeni sahəyə adaptasiya olunmağa başlayırdım. Bu sahənin incəliklərindən və pərdəarxası məqamlarından xəbərsiz şəkildə ideoloji sahəyə baş vurmuşdum. Ona görə də bir çox şeyləri anlamaq üçün mənə duz 10 il vaxt lazım oldu.

10 il ərzində nələri gördük...

Bu illər ərzində mənə aydın oldu ki, mətbuat sahəsi idarəçiliyin digər sahələrindən heç nə ilə fərqlənir. İntriqalar, qarşıdurmalar, kimisə ləkələmək və nüfuzdan salmaq üçün kampaniyalar, ortada dövr edən külli miqdarda çirkli pullar və baş verənlərin fonunda aldıqları qəpik-quruş hesabına ayın axırına çıxa bilməyən sıravi iqtidar jurnalistləri... Həqiqətləri dərk etdikcə anlayırdım ki, dövlətin ideoloji siyasəti belə davam edə bilməz və gec, ya tez bu ya dəyişməlidir, ya da darmadağın olmalıdır. “Azad Azərbaycan” qəzetində və radiosunda çalışdığım müddətdə cəmiyyətdəki nöqsanları, məmur özbaşınalıqlarını çəkinmədən tənqid atəşinə tutanlardan biri olmuşam. Ona görə də həmişə təhdidlərə və şantajlara məruz qalmışam. Ulu Öndər Heydər Əliyevə dərin rəğbətim, dövlətə və xalqa sonsuz məhəbbətim o qədər güclü idi ki, həyatım üçün yaranan təhlükələri belə gözaltına almırdım. Redaksiyada çalışan əməkdaşların cüzi maaş hesabına necə istismar olunduqları, ailələrini dolandırmaq naminə hər şeyə dözən insanların acı taleyi heç vaxt məni rahat buraxmayıb. Çalışdığım kollektivin hər bir nümayəndəsi bu gün də dediklərimi təsdiq edə bilər. Bu sətirləri yazarkən gözlərimin önündə hər ayın axırı redaksiyanın dəhlizlərində qonorar üçün Qafar Əliyevi gözləyən həmkarlarım canlanır. O mənzərəni təsvir etməyə hövsələm çatmır, əsəb keçirirəm, emosiyalarımı cilovlaya bilmirəm. Keçmiş həmkarlarımın dəhlizin pilləkənlərinə dikilən məzlum baxışlarını sözlə ifadə etmək çox çətindir. Dəhlizin başında Qafar Əliyev görünən anda hamı sevincindən otaqlara doluşub bir-birini təbrik edərdi: “Qafar müəllim gəldi!...”

Nimdaş qovluq, “kolxoz sədr”lərinə məxsus ədalı yerişlə Prezident Administrasiyasıın rəsmisi redaksiyaya daxil olurdu.

Ən acınacaqlı və utancverici proseslər bundan sonra başlayırdı. Təsəvvür edin ki, verilən “maaşlar” 50-250 manat məbləğində dəyişirdi. 2000-ci illərdə bu məbləğin bir ailə üçün nə qədər əhəmiyyətli olduğunu dərk etmək o qədər də çətin deyil. Əməkdaşların bəzilərinə 50-100 manat arası, bəzilərinə 100-150 manat arası, bəzilərinə isə 150-250 manat arası qonorarlar hesablanırdı. Stolun başında oturan Qafar Əliyev barmaqlarını tüpürcəkləyərək, əlləri əsə-əsə pulları sayır, bir qarın yeməklə imtahana çəkilən jurnalistlərin aylıq fəaliyyətinə “mız” qoyaraq “maaşvermə prosesi”nə başlayırdı. Hiss olunurdu ki, min bir bəhanə ilə qonorarlardan müəyyən məbləğləri kəsmək və redaksiyanı tez tərk etmək istəyir. Bu istəyinə asanlıqla nail olandan sonra, bəzi hallarda nimdaş qovluğundan, bəzi hallarda isə qoltuq cibindən çıxardığı pulları dəstələyərək yerinə qoyur və tələsik addımlarla redaksiyanı tərk edirdi. Bu, Prezident Administrasiyasinın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun yerlisi və yaxını olan, həmin Administrasiyanın məsul işçisi Qafar Əliyevin idarəçilik formalarından biri idi. Bununla gözü doymayan PA rəsmisi redaksiyada təşkil olunan iclaslar zamanı əməkdaşların qarşısına abunə kampaniyası adı altında pul yığılması barəsində ciddi tapşırıqlar qoyurdu. Öz-özlüyümdə düşünürdüm, əgər bu qəzet dövlət tərəfindən qeyri-rəsmi maliyyələşdirilirsə, çap və redaksiyanın saxlanması üçün vəsaitlər ayrılırsa onda, abunə adı altında idarə, müəssisə və təşkilatlardan yığılan külli miqdarda vəsait kimlərin cibinə axır?...
Bu və digər məsələlər ətrafında apardığımız araşdırmaların nəticələri ilə gələn yazılarımızda ətraflı tanış olacaqsınız.
Məqalədə adı çəkilən Qafar Əliyevin mövqeyini dinləməyə və dərc etməyə hazırıq
Ardı var...

Vasif PAŞAYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə hərəkət edir

    Qara Qarayev prospekti istiqamətində avtobuslar ...

    26-03-2019, 13:04

  • 
  • Prezident sərəncam verdi

    Prezident sərəncam verdi ...

    14-01-2016, 20:50

  • 
  • "Mən prezident kimi ilin sonunadək bunun açılışını etmək niyyətində idim..."

    "Mən prezident kimi ilin sonunadək bunun ...

    7-07-2013, 21:56

  • 
  • Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

    Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına ...

    11-12-2013, 13:49

  • 
  • Azercell-in prezidenti qalib tələbələrlə görüşdü

    Azercell-in prezidenti qalib tələbələrlə görüşdü ...

    26-01-2017, 00:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (471)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu