112 saylı Qax seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Azər Kərimlinin tərəfdarları qalmaqala səbəb ola biləcək foto paylaşıblar.
Gundemxeber.Az-ın pravda.az-a istinadən xəbərinə görə, sənəddə deputatın rayon üçün etdikləri, müxtəlif sahələrə xərclədiyi vəsaitin məbləğləri öz əksini tapıb. Orada, hətta deputatın bəzi kəndlərdəki klubların və uşaq bağçalarının təmiri üçün hərəsinə 100 min manatdan artıq pul xərclədiyi göstərilib. Həmçinin, Qax Rayon Mərkəzi Xəstəxanası üçün də avadanlıqların məhz Azər Kərimli tərəfindən alındığı göstərilib. Ümumilikdə isə onun rayona 1 milyon 227 min manat pul xərclədiyi qeyd edilib.
Bu da rayon sakinlərinin ciddi narazılığına və müzakirələrə yol açıb. Onlar “Deputatda bu qədər pul hardandır?”, “Bu pulu haradan və necə qazanıb?” və s. suallar ünvanlayıblar. Sakinlərin əksər hissəsi isə deputatı dövlətin və respublika rəhbərliyinin rayon üçün etdiklərini öz adına çıxmaqda qınayıblar.
Məsələ ilə bağlı Azər Kərimlidən cavab almaq mümkün olmayıb.
Sorğu
Yeni dizaynımız necədir?