Deputat Azər Badamova qarşı 10 min seçici imzası yığılacaq
Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Qusar rayon sakinləri deputatlarından narazılıq edirlər. Belə ki, 51 saylı seçki dairəsindən mandat almış Azər Badamovun fəaliyyətsizliyi, həmçinin sakinlərin onu tapa bilməməsi Qusar camaatında narazılıq yaradıb. Onu da bildirək ki, Azər Badamov 2010-cu ildən deputat seçilsə də, onun səsini eşidən olmayıb. Doğrudur, son günlər deputat mətbuatda görünməyə çalışır. Amma müxalifətin əleyhinə bir-iki kəlməlik çıxışları ilə özünün varlığını sübuta yetirmə cəhdi qusarlılar tərəfindən ciddi qınaqla qarşılanır. Onlar qəzetimizə yazırlar: «Azər Badamovu hələ də axtarırıq, tapa bilmirik. İndi onun xəbərini eşidirik ki, müxalifəti söyür. Söysün, amma bir dəfə də heç olmasa qusarlıların dərdindən danışsın. Bu gün hələ də Qusarda pay torpaqları problemi var. Yerli camaat torpaqsız qalıb, kənardan gələn arxalı şəxslər istədikləri qədər torpaq alırlar». Sakinlər bildirir ki, onlar artıq Azər Badamovun mandatının əlindən alınması üçün imza toplama kampaniyasına da start veriblər: «Artıq 1000-ə yaxın seçicinin imzası var. Azər Badamov burada az səslə deputat oldu. Biz isə ona qarşı 10 min seçici səsi yığmaq istəyirik və bunu Mərkəzi seçki komissiyasına göndərəycik ki, mandatını əlindən alsınlar və Qusarda təkrar seçkilər keçirilsin». Qarşı tərəfi də dinləməyə hazırıq…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?