Deputatlığa namizədlərin təbliğat - təşviqat kampaniyası başlayandan Seçki Məcəlləsini bəzi hallarda pozanlar olsa da, Bərdə üçün bu hal artıq xarakterikdir, adiləşib.Ümumiyyətlə, ölkə üzrə seçki qanunun pozulması ən biabırçı şəkildə Bərdədə müşahidə edilməkdədir.
Gundemxeber.Az anaxeber.info-ya istinadla bildirir ki, bu rayonda Seçki Məcəlləsinin tələblərinə riayət olunmaması piramida üslubundadır: icra hakimiyyətindən tutmuş bəzi namizədlərə qədər... Təsadüfi deyil ki, Mərkəzi Seçki Komissiyasının iclasında Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırıma xəbərdarlıq edilib. MSK üzvü Tofiq Həsənov qeyd edib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb. MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib. Şübhəsiz ki, Bərdənin icra başçısı Vidadi İsayev Fatma Yıldırımın mandat yolunu hamar etmək üçün bir kənddə bu işi gördürüb, onun adına yazdırıb ki, reytinq qazansın. V.İsayevin seçkidən qabaq rayonda özbaşınalıqları, qanunsuzluqları, köçkün və şəhid ailələrinə qarşı hörmətsizliyi, Bərdəni qarış-qarış satması azmış kimi, təbliğat kampaniyası dövründə də seçki işinə çomaq soxur, YAP namizədinin xeyrinə inzibati resurslardan istifadə edir. Əslində, buna görə V.İsayevin özünə də xəbərdarlıq olunmalı, Prezident Administrasiyası kənddə görülən işin maliyyə hesabatını tələb etməlidir. Ancaq sən saydığını say, görün Bərdənin “firon” icra başçısı başqa bir namizədlə bağlı hansı addımı atıb. Belə ki, 94 saylı Bərdə seçki dairəsindən deputatlığa namizəd, Müsavat Partiyasının nümayəndəsi Dadaş Əhmədli onun xeyrinə təşviqat aparan yerli sakinlərə təzyiq edildiyini açıqlayıb. Bildirib ki, Ləmbəran kəndində onun xeyrinə təşviqat aparan beş yerli sakinin çəpərləri yandırılıb. Namizəd güman edir ki, bunu yerli icra strukturlarının nümayəndələri ediblər. Çəpərin ümumi uzunluğu 600 metrdir. “Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, prokurorluğa, Dairə Seçki Komissiyasına və MSK-ya şikayət edəcəyik. Bu, mənə təzyiqdir, seçicilərə qarşı cinayətdir”, - D.Əhmədli Turan-a bildirib. Bu dairədə Zahid Orucun deputatlığı üçün bütün qüvvələr səfərbər olunub. Göründüyü kimi, hansı dairənin, hansı daşın altını qaldırırsan, orada Vidadi İsayevin əli çıxır. O, nəinki Seçki Məcəlləsinə məhəl qoyur, tam feodal qaydalarla hərəkət edir. Orta əsrlərdə belə çəpərlərin yandırılması, camaatın yaşadığı yerə od vurulması kimi nanəcib hallara yol verilməyib. Bu, həm də V.İsayevin iqtidarı şantaj etməsi, onun seçkini demokratik keçirmək cəhdlərinə kölgə salması, birbaşa siyasi təxribata can atmasıdır. Onun araqarışdıranlıq eləməsi, hakimiyyətin Qərbin təzyiqləri ilə üzbəüz qoyulmasına əsas yaratması, xaricdə qara piar aparanlardan fərqlənməməsi dövlətə etdiyi ən sonuncu pisliklərdən biridir. Bərdənin icra başçısı bir yandan əhaliyə etdiyi zülm, sakinləri qəbul etməməsi, problemlərini dinləməməsi ilə prezidentin sosialyönümlü islahatlarının əleyhinə gedir, bir tərəfdən də siyasi reformaları, seçkilərin normal keçməsini gözdən salaraq, Avropa təşkilatlarına, xüsusən ATƏT-in bəyanatlar verməsinə əsas verərək gah bir namizəd üçün yol düzəltdirir, gah digər müxalif namizədə dəstək verənlərin çəpərlərini yandırır. Prezidentə bundan artıq pislik ola bilməz. Faktiki olaraq, Vidadi İsayev həm siyasi şantaj və sabotajla məşğuldur, həm də sosial islahatların ziddinə gedir. Hətta Ağstafanın həbs edilmiş icra başçısı Nizaməddin Quliyevin taleyi də ona ibrət olmayıb. Yeri gəlmişkən, Vidadi İsayev xüsusilə Fatma Yıldırımın seçki kampaniyasına diqqət yetirir. Hətta iddia olunur ki, icra başçısı “Bərdəlilər kimdir ki, kimisə seçsin. Yuxarıdan deyiblər Fatma Yıldırım olacaq, bitdi” deyərək Fatma Yıldırımın mandatının bəribaşdan təmin olunduğunu bildirib. İddialara görə, icra başçısı Fatma Yıldırımın kampaniyasına xüsusi diqqət yetirməsini isə belə izah edib - “Bilirsiniz də o əvvəl harada çalışıb, orada çalışanlar da mütləq seçilməlidir”. Fatma Yıldırım 2012-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə “Mənzil İnşaatı Dövlət Agentliyi”ndə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir. Bu iş yerləri eyham vurur ki, F.Yıldırım iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxınlığı ilə seçilir və yeni komandanın üzvüdür. Ancaq bunun icra başçısına aidiyyatı yoxdur, o, seçki işinə qarışa bilməz... Əksinə, yerlərdə məmurların seçki təbliğatına müdaxiləsi hakimiyyətin ziyanınadır. Odur ki, MSK məcbur qalaraq F.Yıldırımla bağlı xəbərdarlıq edib. Bununla Qərb təşkilatlarının ola biləcək bəyanatını qabaqlamağa çalışıb. Əslində, digər bölgələrdə də RİH-lər bəzi namizədlərin xeyrinə müəyyən addımlar atırlar. Ancaq Bərdə kimi heç bir əyalətdə belə rüsvayçı mənzərə yoxdur. Tam total özbaşınalıq var…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?