62 saylı Saatlı seçki dairəsində konfliktlər son həddə çatıb. Belə ki, dövlət başçısının builki seçkilərin ədalətli və şəffaf keçirilməsi ilə bağlı tələbi məntəqələrdə qeyri-qanuni, saxta büllütenlərdən istifadə halının qarşısının alınmasına yönəldiyindən, namizədlər seçici səsi uğrunda son və qəti mübarizəyə girişiblər.
Bir çox namizədlər vəziyyətdən çıxış yolunu qanunvericiliyə zidd olan əməllərin qarşısının alınmasında görürlər. Saatlı rayonu üzrə iki deputat yerinin hər ikisinə Yeni Azərbaycan Partiyasının rayonla heç bir əlaqəsi olmayan şəxsləri göndərməsi Saatlı seçicilərində haqlı olaraq narazılıq yaratmışdır. Rayonun 62 saylı seçki dairəsindən Saatlı ilə heç bir əlaqəsi olmayan, pambıqçılıq rayonun xüsuiyyətlərini və əhalinin problemlərini bilməyən bir folklorşünas mütəxəsisin YAP tərəfindən namizədliyinin irəli sürülməsi rayon sakinlərinin əksəriyyətinin ciddi narazılığına səbəb olmuşdur. Seçkilərin obyektiv və şəffaf keçiriləcəyi şəraitində belə bir namizədin səs toplaması ehtimalı olduqca aşağıdır. YAP rayon təşkilatının sədri Lütvəli Şıxəliyev çıxış yolunu onbaşılar və yüzbaşılar yaratmaqda və seçicilərin səsini pul qarşılığında qazanmaqda görür. Deyilənə görə, o, artıq bu məqsədlə Əziz Ələkbərlidən 9 (doqquz) min manat almış və bu işlərə sərf etmişdir. Proses davam etməkdədir. Rayonda gəzən söz söhbətə görə son günlər Lütvəli Şıxəliyevlə Əziz müəllim arasında narazılıq yaranmışdır. “Lütvəli Şıxəliyev seçkini uğurla başa çatdırmaq üçün əlavə maliyyə vəsaitinə ehtiyac olduğunu bildirmiş, Əziz müəllim isə həmin vəsaitin rayonun imkanları hesabına ödənilməsini tələb etmişdir. Vəziyyət gərgin olaraq qalmaqdadır”, -deyə rayondakı etibarlı mənbəə bildirmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?