Saatlı rayonunun əhalisi YAP rayon təşkilatının sədri Lütvəli Şıxəliyev və Saatlı rayon İcra hakimiyyəti başçısının birinci müavini İlham Quliyevin həyata keçirdiyi gizli formada təşkil olunmuş bir hiyləgər siyasətin qurbanına çevrilməkdədir.
Lakin bu məkirli və iyrənc hərəkətin üstü tez bir zamanda açılıb. Belə ki, 62 saylı dairədən V çağırış Milli Məclisə deputat seçilmiş, beş il müddətində bir dəfə də olsun Saatlı sakinlərinin problemıləri ilə məşğul olmamış, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, nüfuzunu itirmiş Əli Həsənovun dostu kimi tanınan Əflatun Amaşov hörmətdən düşdüyü üçün öz yerinə yaxın dostu Əziz Ələkbərlinin təyin olunması məsələsini gündəmə gətirmişdir. Əli Həsənov Saatlıdan deputat seçdirdiyi dostu Əflatun Amaşovun yenidən seçilməsi ehtimalının olmamasını nəzərə alaraq, həmin yeri qoruyub saxlamaq üçün Əflatun Amaşovun yaxın dostu Əziz Ələkbərlinin YAP-ın nümayəndəsi kimi oraya göndərilməsinə nail olmuşdur. Indi aydın olur ki, 62 saylı dairədən güclü namizədlərdən biri Oqtay Mehdiyevin sıradan çıxarılmasına, onun kənddəki qərargahının sökülməsi işinə də məhz İlham Quliyev rəhbərlik etmiş və bu yolla Əziz Ələkbərli üçün yaşıl işıq yandırmışdır. Saatlı rayon İcra Hakimiyyəti başçısının rayona təzə gəldiyi və insanları hələ yaxşı tanımaması faktından istifadə edən İlham Quliyev və Lütvəli Şıxəliyev öz çirkin əməllərini davam etdirməkdədirlər. Bütün bunlar isə Lütvəli Şıxəliyevin Əziz Ələkbərlinin təbliğatında əhalinin toplanması tədbirlərinin həyata keçirilməsi adı ilə Ələkbərlidən böyük məbləğdə pul alması faktı da təsdiq edir. DİN 62 saylı dairədə baş vermiş son hadisələrlə bağlı rəsmi bəyanat vermişdir. Yəqin ki, bu hadisələrlə bağlı Saatlı seçiciləri tezliklə ikinci bəyanatı oxuyacaqlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?