Azərbaycan jurnalistlərinin VI qurultayında Mətbuat Şurasına sədr seçilib.
“Qafqazinfo” xəbər verir ki, Əflatun Amaşov açıqm səsvermə ilə yekdilliklə şuranın yenidən sədri seçilib. Qurultayda həmçinin gizli səs vermə ilə İdarə Heyətinin üzvləri də seçilib.
240 səsdən 6-sı etibarsız hesab olunub. Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Mirzəyev, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Tapdıq Abbasov, Aydın Quliyev, Rauf Arifoğlu və Akif Aşırlı İdarə Heyətinin üzvləri seçilib.
Vüqar Səfərli, Aqil Abbas, Müşfiq Ələsgərli, Cavanşir Feyziyev, Şamil Vəliyev və Musa Qasımlı isə İdarə Heyətinin ictimaiyyətdən olan nümayəndələri seçilib.
İnternet media nümayəndələrindən Rasim Əliquliyev, Vüsalə Mahirqızı və Azər Həsrət, ehtiyatda olan üzv kimi isə Sevda Həmidova İdarə Heyətinə seçilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?