GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb - fotofaktlar

Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb - fotofaktlar

Tarix: 21-02-2020, 14:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 331
Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb - fotofaktlar


Dövlət Xidmətinin aşkarladığı nöqsanlarla bağlı işi hüquq-mühafizə orqanlarına göndərməsi sabiq nazir İsmət Abbasovun ovaxtkı fəaliyyətin araşdırılması prosesinin başlanğıcı ola bilər

Bu günlərdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı maraqlı məlumat açıqladı. Məlumatdan aydın oldu ki, ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədərki fəaliyyət dövrünün yoxlanması zamanı ciddi nöqsanlar aşkarlanıb.

Yoxlama nəticəsində ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərinin sifarişçilər tərəfindən ödənilmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Yoxlama zamanı bir sıra təchizatçı şirkətlərin öhdəlikləri və lizinq müqavilələri üzrə ödənilməmiş borclardan 14,3 milyon manat vəsaitin “Aqrolizinq” ASC-nin hesabına, 52,4 min manat vəsaitin isə dövlət büdcəsinə qaytarılması təmin edilib, həmçinin bəzi şirkətlərə göstərilmiş aqrotexniki xidmətlər üzrə 7,5 milyon manat dövlət vəsaitinin 2020-ci ilin sentyabr ayına qədər geri qaytarılması öhdəliyi üzrə təminedici tədbirlər həyata keçirilib.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11259,4 min manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına göndərilib.

Bu yoxlamalar barədə açıqlama verən sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, söhbət korrupsiya və mənimsəmədən getmir: “”Aqrolizinq" ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır. Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar, ümumiyyətlə, alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib. Bəli, nazirliyə rəhbərlik etdiyim müddətdə heyvanların alınması ilə əlaqədar müəyyən borclar yaranmışdı. Onların geri qayıtması normal bir prosedurdur. Vaxtı keçmiş borcların qaytarılmasını sürətləndirməyə gəlincə, mən özüm bu məsələ ilə bağlı iki dəfə prokurorluğa müraciət etdim. Bütün müvafiq sənədlər var və Maliyyə Nazirliyi bunu təsdiqləyəcək. Müraciətlərimdə bu kimi borcluların ödənişləri gecikdirdiyini qeyd etdim"(virtualaz.org).

Beləliklə, məlum olur ki, “Aqrolizinq”də aşkarlanan pozuntular İsmət Abbasovun nazir olduğu dönəmdən qalandır. Qeyd edək ki, İ.Abbasov 2004-2013-cü illərdə kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə baş nazirin müavini işləyib. Onun nazir təyinatı cəmiyyətdə, elə KTN-in özündə bir xeyli razılıqla qarşılanmışdı. Xüsusilə KTN-dəki mütəxəssislər elm adamı saydıqları İ.Abbasovun aqrar sahəyə rəhbərliyinin ölkə və elə sahənin özü üçün böyük nailiyyətlər gətirəcəyini düşünürdülər. Lakin 9 illik nazirliyi dövründə İ.Abbasov aqrar sahədə hansısa ciddi irəliləyişə nail olmadı. İllər sonra isə aydın oldu ki, çoxlarının sadə elm adamı kimi tanıdığı, qəbul etdiyi sabiq nazir kreslosundan aqrar sahənin deyil, ailəsinin çiçəklənməsi üçün məharətlə faydalanıb...

İ.Abbasovun maliyyə çiçəklənməsi “Aqrolizinq” ASC-nin 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməsindən sonra başlayıb. Bu ASC uzun illər boyu korrupsiya, dövlət vəsaitlərinin talandığı əsas qurumlardan biri olub. Və bu qurumda aparılan yoxlamalar bir qayda olaraq böyük mənimsəmə və qanunsuzluqların aşkarlanması ilə nəticələnib.

Məsələn, 2010-cu ildə “Aqrolizinq”də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, 2008-2009-cu illərdə qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar geniş yayılıb.

2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri dəyişdikdən, nazir vəzifəsinə Heydər Əsədov gəldikdən sonra “Aqrolizinq” Hesablama Palatası ASC-də ciddi qanunsuzluqlar aşkarlayıb. Qurumda büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq, nəzarət tədbiri üzrə yoxlama materialları Baş Prokurorluğa göndərildi.

Məlumat yayıldıqdan az sonra “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, nə Əli Bayramov, nə də onun tabe olduğu İ.Abbasov istintaqa cəlb olunmadı.

İ.Abbasovun nazir olduğu dönəmdə “Aqrolizinq” vasitəsilə həyata keçirilən xərcləmələrin məbləği kifayət qədər böyükdür. Rəsmi məlumatlara əsasən, 2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 274,45 milyon manat dəyərində 17304 ədəd kənd təsərrüfatı texnikası alınıb. 156,75 milyon manat dəyərində 11370 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 314 ədəd taxılyığan kombayn, 3991 ədəd traktor, 108 ədəd ekskavator və 6957 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikası 6536 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.

2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 133,3 milyon manat dəyərində 151 dəst texnoloji avadanlıq, o cümlədən 17 dəst istixana, 19 dəst damcılı suvarma sistemi, 19 dəst quşçuluq və 96 dəst müxtəlif təyinatlı texnoloji avadanlıqlar, soyuducu kameralar üçün komplektləşdirici məmulatlar alınıb.

Qeyd olunan dövrdə təkcə kənd təsərrüfatı istehsalçıları üçün mineral gübrələrin alınmasına 121,15 milyon manat sərf olunub.

“Aqrolizinq”də mənimsəmə imkanları bunlarla bitmir. Belə ki, 2009-2013-cü illər ərzində Prezidentin Ehtiyat Fondundan ASC-yə ayrılmış 29,8 milyon manat büdcə və Cəmiyyətin 5,85 milyon manat təkrar istifadə vəsaitləri hesabına 35,65 milyon manat dəyərində 10590 baş damazlıq iribuynuzlu və 2120 baş xırdabuynuzlu heyvan alınıb gətirilərək dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə satılıb.

Bundan əlavə, 2009-cu ildən etibarən “Aqrolizinq” ASC regionlarda logistik gübrə bazaları tikməyə başlayıb. 2012-ci ilədək Şəki, Sabirabad, Cəlilabad, Bərdə, Xaçmaz və Şəmkir rayonlarında belə bazalar tikilib. Buna nə az, nə çox - 15 milyon 294.4 min manat vəsait sərf olunub.

Ümumilikdə, hökumətin hesabatından aydın olur ki, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu vəsaitlərin əhəmiyyətli hissəsi İ.Abbasovun nazir olduğu dövrdə xərclənib. İ.Abbasov bütün bu alqı-satqıları qeyri-şəffaf şəraitdə, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini nəzərə almadan, yaxud formal olaraq nəzərə almaqla həyata keçirib.

Redaksiyamıza daxil olan məlumata görə, İ.Abbasovun vaxtında ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının əhəmiyyətli hissəsi keyfiyyətsiz olduğuna görə tezliklə sıradan çıxıb. Bundan əlavə, lizinq yolu ilə satılmaq üçün gətirilən texnikanın bir qismi “Aqrolizinq”in yerli filialları vasitəsilə işlədilib, əldə olunan gəlir isə rəsmiləşdirilməyərək şəxsi ciblərə axıb. Aydın məsələdir ki, bu vəsaitlərdən nazirliyin rəhbərinə çatmaması şəraitində milyonlarla manatlıq texnikanın sıradan çıxarılması mümkün deyildi. Məhz rəhbərliyin məlumatı və iştirakı ilə ayrı-ayrı şəxslərə guya ki, güzəştli qaydada satıldığı rəsmiləşdirilən texnika əslində rayonlarda fermerlərə pullu xidmətə cəlb olunub, sonda isə “alıcı”nın ödəmə qabiliyyətinin olmadığı əsas gətirilməklə onların “Aqrolizinq”ə “qaytarılması” təmin edilib. Təqdim etdiyimiz fotolarda onlardan Ucarda saxlanılan bir qisminin hazırkı vəziyyətini ayırd etmək elə də çətin deyil.

İ.Abbasovun nazir işlədiyi dövrdə əldə etdiyi gəlirləri onun oğlu Yunis Abbasov biznes qurmağa sərf edib. Məsələn, məlum olub ki, 2018-ci ildə vəzifədən uzaqlaşdırıldığı ərəfədə İ.Abbasov ölkədən nə az, nə çox - 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. Bu pullar İngiltərədə, Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb. 1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu ilin noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.

Y.Abbasov hələ atası nazir olduğu vaxt İngiltərə vətəndaşlığını alıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Y.Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-dən əlavə Y.Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açıb. Şirkət Londonda Aston House Cornwall Avenue-də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb. KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini - AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

Dövlət Xidmətinin aşkarladığı nöqsanlarla bağlı işi hüquq-mühafizə orqanlarına göndərməsi İ.Abbasovun nazirlik fəaliyyətinin araşdırılması prosesinin başlanğıcı da ola bilər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirliyin strukturu dəyişəcək

    Nazirliyin strukturu dəyişəcək ...

    7-01-2016, 12:00

  • 
  • İsmət Abbasov dövlətin 100 milyonlarını belə talayıb - korrupsiya sxemi

    İsmət Abbasov dövlətin 100 milyonlarını belə ...

    2-07-2019, 11:30

  • 
  • Əli Bayramov sonun əvvəlində

    Əli Bayramov sonun əvvəlində ...

    31-10-2013, 21:39

  • 
  • Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi və aqrar sahədə lizinq fəaliyyəti təkmilləşdirilir

    Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi və ...

    20-12-2018, 11:09

  • 
  • İsmət Abbasovun subsidiya maxinasiyaları

    İsmət Abbasovun subsidiya maxinasiyaları ...

    7-12-2012, 12:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu