gundemxeber.az Yaxın vaxtlarda kənd təsərrüfatı naziri İsmət Abbasov sürprizlə qarşılana bilər. Bu barədə daxil olan məlumatlara görə, nazirin fəaliyyətilə bağlı ciddi faktlar toplanıb. Həmin faktlar dövlət başçısı İlham Əliyevə təqdim olunmaq üçün hazırdır. Faktlar əsasən kənd təsərrüfatına ayrılan subsidiyalarla bağlıdır. Bir müddət əvvəl bu məsələ ilə bağlı Maliyyə Nazirliyi(MN) ilə Kənd Təsərrüfatı Nazirliyi(KTH) arasında söz "atışması" olmuşdu. İsmət Abbasov taxıl istehsalının aşağı düşəcəyini bəyan edərək bunun səbəbi kimi Maliyyə Nazirliyinin vaxtında subsidiyalar ayırmadığını göstərmişdi. Maliyyə naziri Samir Şərifov isə öz növbəsində subsidiyaların ayrıldığını, lakin təyinatı üzrə xərclənmədiyini bəyan etmişdi. İndi məhz bu məsələ ilə bağlı ciddi araşdırma aparılıb və məlum olub ki, həqiqətən də KTN maxinasiyalara yol verib. Məsələn, təkcə bir rayonda 36 min hektar boş torpaq sahəsi əkin yeri kimi göstərilib. Torpaq sahəsi boş olduğu halda "əkin-biçin"ə külli miqdarda vəsait ayrıldığı adı altında milyonlarla manat mənimsənilib. Başqa rayonlarda da analoji maxinasiyalar həyata keçirilib. Bu faktların birbəbir dövlət başçısına təqdim ediləcəyi bildirilir. Bu halda İsmət Abbasovun postuna əlvida deyəcəyini söyləmək olar.
Sorğu
Yeni dizaynımız necədir?