GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Göyçay şefinin 1,2 milyonluq korrupsiyası: prezident bilsə…

Göyçay şefinin 1,2 milyonluq korrupsiyası: prezident bilsə…

Tarix: 24-02-2020, 12:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 577
Göyçay şefinin 1,2 milyonluq korrupsiyası: prezident bilsə…


Prezident İlham Əliyev icra başçılarına açıq və sərt şəkildə xəbərdarlıq edəndə, xalqla işləməyi tapşıranda, sahibkarları incitməməyi deyəndə, rüşvətlə mübarizə aparılacağını, ağır cəza gözlədiyini bildirəndə bəziləri deyəsən, qulaqardı etmişdi.

Onlara elə gəlirdi ki, İ.Əliyevin sözləri publikaya hesablanıb, ənənəvi üsul-idarəsi dəyişməyəcək, heç bir məmuru sərt sanksiya gözləmir.

Gundemxeber.Az reportyor.info-ya istinadla xəbər verir ki, Ağstafa və Yevlax icra başçılarının həbsindən sonra yenə də bəzi İH rəhbərləri bunun mövsümi siyasət olduğunu güman edirdilər.

Lakin Dövlət Təhlükəsizlik Xidmətinin növbəti anti-korrupsiya əməliyyatını Neftçala İH-də həyata keçirməsi, icra başçısı ilə yanaşı 10-a yaxın məmurun saxlaması həyəcan yaratmağa başladı.

İH başçıları artıq dərk etməyə başlayıblar ki, dövlət real addımlar atır, heç kəsin gözünün yaşına baxmır, prezidentin strategiyası var – şəffaf idarəçilik…

Buna əməl etməyən, məktəblərdən, sahibkarlardan xərac yığanlar günün birində rüşvət aldığı yerdə DTX əməkdaşlarını kabinetində görəcəklər.

Əldə etdiyimiz bilgilərə görə, hazırda bütün icra başçıları təlaş içindədirlər, növbədə kimin olduğunu düşünürlər. Çünki ucdantutma bütün icra başçılarının əli çirkaba batıb və hamısı da əyalətlərdə vətəndaşları incidir.

İddialara görə, İH-lərdə qeyri-rəsmi toplantılar keçirilib, bu aralar səhv buraxmamaq, vətəndaşları süründürməmək, rüşvət almamaq tapşırılıb.

Saytımıza sızan xəbərlərdə deyilir ki, Lənkəran, Cəlilabad, Salyan, Sabirabad və Saatlı, o cümlədən Kürdəmir, Beyləqan, İmişli və Göyçay İH başçıları möhkəm təşviş içindədirlər.

Yerli icra strukturları təcili iclas çağıraraq az qala fövqəladə vəziyyət elan ediblər. Bu prosesdə Göyçay başçısı Mehdi Səlimzadə xüsusi vurğulanır.

Göyçay ən çox şikayət gələn, problemlər, özbaşınalıqlar kütləvi şəkildə qeydə alınan rayonlardan biridir. M.Səlimzadə dövlət idarəçiliyinin yeni modelinə uyğunlaşmır, islahatlarla ayaqlaşa bilmir: rayonun qarış-qarış satılması, iş adamlarının incidilməsi, sakinlərə qarşı saymazlıq…

Təsadüfi deyil ki, Prezident Administrasiyasının açıqladığı siyahıda tez-tez şikayətlər gələn əyalətlərdən biri elə Göyçaydır.

Məsələn, bu yaxınlarda Göyçayda Nuru Paşanın qərargahı olmuş tarixi bina sökülüb-dağılıb, yeri satılıb. Bundan əvvəl bazar bağladılıb. Yəni, bunlar narazılığı körükləyir.

Bir neçə gün əvvəl hüquq müdafiəçisi Taleh Xasməmmədov isə yazmışdı ki, Qaraməryəm kəndində kənd təsərrüfatı təyinatlı torpaqlar süni şəkildə 2800 hektardan 3800 hektara qədər yalnız sənədlər üzərində artırılıb.

Onun fikrincə, analoji hal başqa kəndlərdə də mövcuddur. Nəticədə icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Toğrul Səlimzadə tək bir kənddən 90 min manat dövlət vəsaitini mənimsəyəcək.

Hüquq müdafiəçisi Göyçay şefinin qanunsuz əməllərindən daha birini açıqlayıb ki, sözün əsl mənasında korrupsiya araşdırmaları aparmağa əsas verir. Onun sözlərinə görə, Göyçayda axtarılan 500-dən çox “ölü can”ın yeri müəyyən olunub:

“Mənzil İstismar Sahəsi, Sanitar Təmizlik İdarəsi və Təmir-Abadlıq İdarəsinin 500-dən çox işçisinə məxsus “ölü can” kimi göstərilən əmək haqqı kartlar tapılıb. Təkcə son 1 ildə həmin kartlardan 1 milyon, 200 min manat icra başçısı və qardaşı oğlu Toğrul tərəfindən mənimsənilib”.

Amma dövlət rəhbərliyinin və hüquq-mühafizə orqanlarının araşdırması üçün daha da detallı faktlar var. Mehdi Səlimzadənin qohumbazlıq siyasəti bu cür davam edib:


Səlimzadə Toğrul Səlim oğlu icra başçısının qardaşı oğludur. Mehdi müəllim onu özünə sürücü təyin edib.

Səlim İldırım oğlu Məhərrəmov – İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorudur. İcra başçısının qardaşıdır, sürücüsü Toğrulun atasıdır. Onun İmişli rayonu, Sarxanlı kəndində oğlunun adına, yəni “Toğrul-Fermer təsərrüfatı” şirkəti var.

Cəbrayılov Surxay Əli oğlu – İcra başçısının ögey qardaşıdır, anadan bir, ata ayrı. Göyçay Rayon Mərkəzi parkının rəhbəridir.

Cəbrayılov Əli Surxay oğlu – İcra başçısının qardaşı oğludur. Göyçay Bələdiyyəsinin reklam şöbəsinin məmurudur.

Cəbrayılov Səməd Surxay oğlu – Mehdi müəllimin qardaşı oğludur. Mehdi Səlimzadə icra başçısı təyin ediləndən sonra Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsində işləyib. Səməd Cəbrayılov həmçinin göyçaylı keçmiş deputat Elxan Süleymanovun da qohumudur.

Mətbuatda Səməd Cəbrayılovun Göyçayda, Qəbələdə və Bakıda villalara, bahalı avtomobil və obyektlərə sahib olması ilə əlaqədar fotolar, məqalələr yayılıb.

Bəkirova Telli Surxay qızı (qızlıq soyadı Cəbrayılova) – Özü iddia edir ki, icra başçısı onun əmisidir. Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor müavinidir.

Cəbrayılova Solmaz Ağamirzə qızı (Bəkirova Tellinin anası, qızlıq soyadı Tağıyeva) – İcra başçısı Mehdi Səlimzadənin qardaşının yoldaşıdır. Göyçay rayon, Potu kənd orta məktəbinin direktor müavinidir.

Bəkirov Famil Ərazi oğlu – Mehdi Səlimzadənin qardaşının kürəkənidir. Famil Bəkirov Göyçay Gənclər Mərkəzinin rəhbəridir. “Famil-A” MCC şirkətinin sahibidir. İşsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib və layihənin tenderi məhz başçının qohumunun şirkətinə verilib.

Cəbrayılov Seyfəddin İsrəfil oğlu – Mehdi müəllimin qohumudur. İcra başçısının Göyçay rayon İnçə kəndinin nümayəndəsidir.

Cəbrayılov Yusif Novruz oğlu – (Seyfəddin müəllimin qardaşı oğlu) İcra başçısının növbəti qohumudur. İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sədridir.

İcra başçısı öz baldızı oğlunu isə Göyçay Şəhər Nümayəndəliyinə yüksək vəzifəyə təyin edib.

İcra başçısı Mehdi Səlimzadə Səməd Cəbrayılovun qaynatasını Göyçay rayon Yaşıllaşdırma İdarəsinin rəisi qoyub.

İcra başçısı Mehdi Səlimzadənin qızı Nəzrin Səlimzadə JW Marriott Absheron Baku otelində “NİRRİN Health&Spa” Gözəllik və Sağlamlıq Mərkəzinin baş direktorudur.

Belə bir tayfabazlıq siyasəti aparan başçıdan rayonda kifayət qədər şikayətlər var.

Məsələn, I qrup əlil olan rayon sakini Şahin Əhmədov prezidentə müraciətində bildirmişdi ki, Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan bu günə qədər ancaq torpaq satmaqla, bazar mağaza açmaqla məşğuldur: “Onun yarıtmaz fəaliyyətinə görə rayon sakinləri əziyyət çəkirlər.

Mən prezident İlham Əliyevdən xahiş edirəm ki, nümayəndənizi göndərib gəlib 3 nəfər əlilin yaşadığı mənzilin hansı bərbad vəziyyətdə olmasını gözləri ilə görsünlər və Sizə məruzə etsinlər”.

Başqa bir şikayətə baxaq. Göyçayın 2-ci Ərəbcəbirli kənd sakini sahibkar Həsənov Ramiz Əli oğlu: “Göyçay icra başçısı Mehdi Səlimzadə biz sahibkarlara “qan uddurur”. Bu adam Göyçaya icra başçısı təyin olunduğu bu 3 il ərzində rayonu viran günə qoyub”.

rayonda aparılan tikinti-təmir və digər işlərdə fəhlə kmi işlədilməsi adı ilə 500 nəfərdən çox vətəndaşa maaş yazılıb, başçı tərəfindən mənimsənilmişdir.

Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir. Talan edilən pulun 90 %-i Mehdi Səlimzadəyə çatır.

Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır, anacaq nə iş var, nə də adları işçi kimi yazılan şəxslərin maaşdan xəbələri yoxdur. Famil Bəkirov Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı Surxay Cəbrayılovun qızı Telli müəllimənin həyat yoldaşıdır.

Ümumiyyətlə, M.Səlimzadənin idarəçiliyi dövründə baş verən haqsızlıqlar, qohumlarının rayonda hegemonluğu, bazarların bağladılması, sahibkarların incidilməsi, Göyçayın viran qoyulması, heç bir abadlıq işləri həyata keçirilməməsi, küçələrin natəmiz, zibillik içində olması, sakinlərin şikayətlərinin qulaqardı edilməsi, yolların bərbad vəziyyətdə olması, başçının qəbuluna gələnlərin probleminə baxılmaması rayonda narazılığı xirtdəyə çatdırıb.

Mediada yayılmış ittihamlarla bağlı Göyçay RİH-lə əlaqə saxlamağa cəhd etdik, amma zənglərimiz cavabsız qaldı. Onların mövqeyini dinləməyə hazırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “onların cəzası veriləcək”

    “onların cəzası veriləcək” ...

    2-02-2017, 21:00

  • 
  • Prezident Administrasiyasından icra başçılarına qadağa

    Prezident Administrasiyasından icra başçılarına ...

    7-01-2014, 18:51

  • 
  • Prezident bəzi məmurların ciddi cəzalanacağını bildirdi - Twitter

    Prezident bəzi məmurların ciddi cəzalanacağını ...

    6-02-2014, 17:25

  • 
  • İcra başçılarına daha bir sərt tapşırıq verilib

    İcra başçılarına daha bir sərt tapşırıq verilib ...

    13-03-2015, 09:48

  • 
  • Generaldan xəyanət və rüşvətlə bağlı sərt xəbərdarlıq

    Generaldan xəyanət və rüşvətlə bağlı sərt ...

    12-09-2018, 11:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu