Qaradağ rayonu Ələt qəsəbəsi Şəhid İdris Mehdiyev küçəsində mədəniyyətsizlik təbliğ edilir.
GundemXeber.Az bildirir ki, 14.10.2014 cü il tarixində bir-birinə sıx olan bir neçə evlər müəyyən səbəblərdən yanaraq kül olmuşdur. Lakin o gündən bu günə kimi nə həmin evlərin bərpası, nədə ki, sökülməsi üçün heç bir işlər görülməyib.
Evlər tamamilə boşdur və nəzarətsiz şəkildə qalıb. Evlərin nəzarətsiz və boş olması, əxlaqdan uzaq insanların orada öz çirkin əməllərini həyata keçirmələrinə fürsət verir.
Son vaxtlar, xüsusilə də yay aylarında sözü gedən evlərdə narkomaniya kütləvi şəkildə təbliğ edilir. Mədəniyyətsizlik baş alıb gedir. Sözü gedən həmin evlər bütün pis işlərin məskəni kimi fəaliyyət göstərir.
Xatırladım ki, yanan evlərdən əlavə də ərazidə yaşayış sahələri vardır. Məhəllə içi və ictimai ərazidir. Belə yerdə mədəniyyətsizliyi təbliğ etmək nə deməkdir?
Qaradağ Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarından xahiş edirik ki, ya bura təmiz sökülsün, ya da abadlaşdırılsın. İctimai yerdə, Şəhid adını daşıyan bir küçədə mədəniyyətsizliyi təbliğ etmək, narkomaniyanı təbliğ etmək istənilən halda qanunvericiliyin tələblərinə ziddir. Ayıbdır vallah...
Biz yazdıq işıqlandırdıq, qalan işlər aidiyyatı qurumların üzərinə düşür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?