Komitə sədri: "Burada inşaat işlərinin aparılması məqsədəuyğun sayılmır " Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonları ərazi cəhətdən kiçik, əhalisi isə sıx olan rayonlardır. Yalnız Nəsimi rayonunda bir hektar əraziyə 218 nəfər düşür ki, bu da çox böyük göstəricidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov AzərTAc-a müsahibəsində bildirmişdir ki, həmin ərazilərdə unikal və dövlət əhəmiyyətli obyektlər istisna olmaqla, digər inşaat işlərinin aparılması məqsədəuyğun sayılmır. Həmçinin bu rayonlardakı köhnə və yararsız binaların sökülməsi də nəzərdə tutulur.
Qaradağ rayonunda isə vəziyyət xeyli fərqlidir. Əhalisi 122 min nəfər, ərazisi 114 min hektar olan rayonda bir hektara təxminən bir nəfər düşür. Bu amil nəzərə alınmaqla rayonun sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı hazırlanmışdır. Burada neft-kimya sənayesinin inkişafı, Ələt qəsəbəsində isə hava limanının tikintisi və digər infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Bütün bunlar Bakı şəhərinin baş planında öz əksini tapmışdır.
A. Ələsgərov əlavə etmişdir ki, Qaradağ rayonunun bir hissəsi dağlıq ərazidir. Odur ki, bundan necə yararlanmaq barədə də düşünmək lazımdır. Ərazidəki vulkanik yerlərdən turizm məqsədi ilə istifadə oluna bilər.
Sorğu
Yeni dizaynımız necədir?