GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baş redaktor Prezidentə şikayət etdi: XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVƏ DUR DEYƏN YOXDUR

Baş redaktor Prezidentə şikayət etdi: XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVƏ DUR DEYƏN YOXDUR

Tarix: 10-03-2020, 12:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 739
Baş redaktor Prezidentə şikayət etdi: XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVƏ DUR DEYƏN YOXDUR


“Conflict.az” saytının Baş redaktoru Bakir Həsənbəyli ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

Cənab Prezident!


Yaşadığım Xətai rayonu, Cavanşir küçəsində, mənzilimin qarşısında ikimərtəbəli, birinci mərtəbəsi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdən gələn səs-küy illərdir ki, normal və sakit yaşayışıma ciddi mane olur. Sizin 8 saatlıq iş günü göstərişinizin əksinə olaraq, gün ərzində 17-18, bəzən isə hətta 24 saat fəaliyyət göstərən bu obyektdən gələn yüksək təzyiqli suyun səsindən narahatlığımla bağlı dəfələrlə Xətai rayon polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə, DİN-in “102” xidmətinə tərəfimdən məlumat verilsə də, polis yalnız öz səlahiyyətləri çərçivəsində məsələyə münasibət bildirib. Onu da qeyd edim ki, həmin münasibətlər avtoyuma məntəqəsinin fəaliyyətinə hər hansı təsir etməyib. Çünki bu günə qədər həmin avtoyuma məntəqəsi mənə psixoloji işgəncə verməklə öz işini davam etdirir.

Cənab Prezident!

Məsələ ilə əlaqədar 26.02.2020-ci il tarixdə Sizin yeni təyin etdiyiniz və qarşısına vətəndaşa xidmət etmək kimi böyük vəzifə qoyduğunuz Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə poçt vasitəsilə rəsmi müraciət etmişəm. Onu da xatırladım ki, həmin obyektin bağlanması və ya təyinatının dəyişdirilməsi ilə bağlı hələ ötən il hüquq-mühafizə orqanlarına dəfələrlə tərəfimdən müraciətlər olub. Ərizələrimdən birinə cavab olaraq BŞBPİ-nin, İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlının imzası ilə 29.08.2019-cu il tarixli, № 044-7736-3219 nömrəli məktubda qeyd edilirdi ki, həmin obyektin təyinatının dəyişdirilməsi üçün BŞİH-nin Ticarət və Xidmət Departamentinə və Xətai rayon İH-nə təqdimatlar göndərilib. Həmin vaxt Rafiq Quliyev Xətai RİH başçısının I müavini idi. Eyni zamanda başçının vəzifəsini müvəqqəti icra edirdi. Lakin R.Quliyev nə o vaxt, nə də indi müraciətimə cavab verməyi özünə rəva görmür.

Cənab Prezident!

Həmin obyektin icarədarı Şükürov Mikayıl Bakir oğlu dəfələrlə mənə bildirib ki, OBYEKTİN SAHİBİ XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVDİR. Lakin obyekt bilərəkdən başqa adamın adına rəsmiləşdirilib. Mən bu faktı Rafiq Quliyevə ünvanladığım 26.02.2020-ci il tarixli ərizəmdə də qeyd etmişəm. Və ərizəmdə Rafiq Quliyevə obyektin hansı istiqamətdə təyinatının dəyişdirilməsi ilə bağlı təklifdə vermişəm.
Sonuncu dəfə 06.03.2020-ci il tarixdə BŞBPİ-yə şikayətimlə bağlı dəvət olunarkən polis zabitlərindən biri mənə bildirdi ki, İntiqam adlı şəxs mənim müraciətimə baxılmasına təsir göstərmək üçün həmin zabitə telefon açıb. Xatırladım ki, İNTİQAM XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVİN BİZNESİNƏ RƏHBƏRLİK EDƏN ŞƏXSDİR. Bu informasiyanı da həmin obyektin icarədarı Şükürov Mikayıl Bakir oğlu mənə verib.

Cənab Prezident!

Hal-hazırda 5 nəfərlik ailə üzvimlə yaşadığım ikiotaqlı mənzilimdən başqa yaşayış yerim yoxdur. Əks halda mənzilimi dərhal tərk edərdim. Çünki bu ölkədə hələ ki, XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVƏ DUR DEYƏN YOXDUR. Və məndə bu şəraitdə yaşaya bilmirəm. Mərhum Prezident Heydər Əliyev deyirdi ki: “Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.” Çöx təəssüf ki, hələ də xırda mənfətləri güdən məmurlar var Azərbaycanda.

Cənab Prezident!

Xahiş edirəm Azərbaycan Respublikası Konstitusiyasının mənə verdiyi imkanlar çərçivəsində sakit yaşamağımın təmin olunması, eyni zamanda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə məxsus olduğu deyilən həmin obyektin təcili bağlanması və ya təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıq verəsiniz.

Ərizəyə əlavə edilir:
1. BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlının imzası ilə aldığım 29.08.2019-cu il tarixli, №044-7736-3219 nömrəli məktubun surəti – 1 vərəq
2. BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlının imzası ilə aldığım 15.10.2019-cu il tarixli, №044-48094 H-3229 nömrəli məktubun surəti – 1 vərəq.
3. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə 26.02.2020-ci il tarixdə ünvanladığım məktubun surəti – 1 vərəq
4. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə poçt vasitəsilə ünvanladığım məktubun qəbzinin surəti – 1 vərəq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xətai rayon İH başçısı Rafiq Quliyev vətəndaşlara niyə zülm edir? – onun obyektlərinin icarədarlarıda meydan sualayırlar

    Xətai rayon İH başçısı Rafiq Quliyev vətəndaşlara ...

    18-02-2020, 12:46

  • 
  • Eks-icra başçısından prezidentə müraciət: “Bu başçı barədə tədbir görün”

    Eks-icra başçısından prezidentə müraciət: “Bu ...

    7-05-2013, 11:17

  • 
  • Prezident İlham Əliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    Prezident İlham Əliyev Xətai Rayon İcra ...

    13-12-2018, 16:12

  • 
  • Rafiq Çəpərxan oğlu Quliyev Xətai rayonuna başçı təyin olundu

    Rafiq Çəpərxan oğlu Quliyev Xətai rayonuna başçı ...

    12-11-2019, 13:16

  • 
  • Bakıda avtobus hasara çırpılıb, yaralanan var

    Bakıda avtobus hasara çırpılıb, yaralanan var ...

    25-07-2017, 17:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu