Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
32 saylı marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü işdən sonra avtobusu qaraja apararkən Süleyman Əhmədov küçəsində idarəetməni itirib. Nəticədə avtobus zavodlardan birinin hasarına və neft borularının dayağına çırpılıb. Qəza nəticəsində avtobusun sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İdarədən APA-ya verilən məlumata görə, qəza zamanı avtobusda sərnişin olmayıb. 32 saylı marşrutun daşıyıcısı bildirib ki, avtobus avtoyuma məntəqəsindən qayıdırmış.
Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib, eləcə də, zavodun hasarı və boruların dayağı zədələnib.
***
Bakıda baş verən yol qəzası nəticəsində yaralanan avtobus sürücüsunun kimliyi məlum olub
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya uğrayan avtobusu 39 yaşlı Kərimov Ziyafət Müşfiq oğlu idarə edib. O, 3 saylı Şəhər Klinikasına çatdırılıb. Həkimlər sürücünün vəziyyətini orta-ağır kimi qiymətlərindirir./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?