Ələt qəsəbəsindən jurnalist Hacıağa Qayıbov yazır: ''Son illər ölkə başçısı Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı yollarının günü-gündən yaxşılaşdırılması üçün mütəmadi işlər aparılır. Paytaxtın prospektləri və mərkəzi yolları, kənar qəsəbələr və kəndlərdə yollar təmir edilir, yol-hərəkət qaydalarını nizamlamaq üçün xüsusi yol nişanları çəkilir. Təbii ki, bütün bunlar sürücülərin və piyadaların rahatlığı və təhlükəsizliyi üçün həyata keçirilir.
Təəssüflər olsun ki, gözəçarpan təmir-bərpa, nişanlama, işıqlandırma, radar və müşahidə kameraları ancaq mərkəzi yollarda reallaşdırılır. Digər yollarda isə acınacaqlı vəziyyət yaranıb.
Bu yollardan biri də Bakı - Ələt yolunun Ələt qəsəbəsi ərazisindən keçən 69 - cu km-liyindədir. Xatırladım ki, yol iki yaşayış məntəqəsini bir-birindən ayırır. Həmin yolda piyadaların keçidi üçün yol üstü nişanlama xətti olsada, sürücülər buna məhəl yetirmirlər.
Gecə saatlarında vəziyyət daha acınacaqlı olur. Nəzərə alaq ki, həmin ərazidə radar və təhlükəsizlik kameraları həmçinin də işıqlandırma sistemi yoxdur. Sürücülər də bundan istifadə edib sürət həddini aşırlar. Sürət həddini keçən sürücülər isə vəziyyəti daha da təhlükəli hala gətirirlər. Hətta yolu 140 - 160 km saatda da hərəkət etməkdən çəkinmirlər.
Məsələ ilə bağlı Respublika baş dövlət yol polisi idarəsinə rəsmi şəkildə müraciət etdim. Sakinlərin problemini ətraflı şəkildə rəsmilərin diqqətinə çatdırdım. DİN -dən sorğumuza rəsmi olaraq cavab verildi. Həmin məktubu olduğu kimi paylaşaraq izləyicilərimizə təqdim edirik: Ümid edək ki, məsələ öz müsbət həllini tapacaqdır. Çünki burda insan həyatından söhbət gedir.''
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?