GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “AZƏRİQAZ” İB-nin​ əməkdaşları sahibkarı təhdid edirlər -​ ŞOK FAKT (FOTO/VİDEO)

“AZƏRİQAZ” İB-nin​ əməkdaşları sahibkarı təhdid edirlər -​ ŞOK FAKT (FOTO/VİDEO)

Tarix: 3-04-2020, 22:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 080
“AZƏRİQAZ” İB-nin​ əməkdaşları sahibkarı təhdid edirlər -​ ŞOK FAKT (FOTO/VİDEO)


Təqribən üç-dörd gün bundan öncə redaksiyamızın elektron poçtuna Şəmkir rayonu Qılıncbəyli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəmov Kəramət Şəmməd oğlu və adı çəkilən şəxsə məxsus istixanada çalışan 40 nəfər işçi tərəfindən müraciət daxil olub.

Onlar ünvanladıqları müraciətlərində qeyd edirlər:​ “Bu gün 01 aprel 2020-ci ildir və 40 ailənin üzvü olaraq son çıxış yolumuz cənab İlham Əliyevə müraciət etməkdir.​ BU VİDEO 2015-Cİ İLDƏ ÇƏKİLSƏ DƏ, OXŞAR VƏZİYYƏT YENƏ DƏ DAVAM ETMƏKDƏDİR. ONA GÖRƏ DƏ, AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİRİK. CƏNAB PREZİDENT! SİZƏ MƏTBUAT VASİTƏSİLƏ MÜRACİƏT EDİRİK Kİ, BİZƏ KÖMƏKLİK EDİN. SİZ BÜTÜN ÇIXIŞLARINIZDA DEYİRSİNİZ Kİ, “MƏNƏ MƏKTUB YAZIN, MƏNƏ MƏLUMAT VERİN”.

“AZƏRİQAZ” İB-nin​ əməkdaşları sahibkarı təhdid edirlər -​ ŞOK FAKT (FOTO/VİDEO)


​ ​ ​ ​ Qeyd:​ Şəmkir rayonu Qılıncbəyli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəmov Kəramət Şəmməd oğlunun 5,5 ha sahəsi olan istixanasının mavi qaza görə borcu var və ​ ona “AZƏRİQAZ” İB-nin əməkdaşları tərəfindən üç gün müddətində mavi qazın dayandırılacağı haqda xəbərdarlıq olunub. İstixanaya verilən mavi qazın dayandırılması 5,5 ha sahədə yetişdirilən pomidor və xiyar məhsullarının məhv olması, sahibkarın isə müflis vəziyyətə düşməsi demək olacaq. Çünki, gecələr temperatur 7-10 dərəcəyə kimi aşağı düşür. Məhsul aprel ayının son günlərində yetişəcək və əldə olunan gəlirlər hesabına həmin vaxtdan borcun ödənilməsinə başlanılacaq. Təkcə 2019-cu ildə istixanadan əldə olunan gəlirlər hesabına “AZƏRİQAZ” İB-inin hesabına 421.057 (dörd yüz iyirmi bir) min manat qaz pulu ödənilib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini, OPERATİV QƏRARGAHIN qərarlarını nəzərə almayan “AZƏRİQAZ” İB-i, bugünkü vəziyətdən sui-istifadə edib istixanaya verilən mavi qazı dayandırmaq, 40 nəfər işçini, həmçinin onların ailə üzvlərini də ac qoymaq niyyətindədir. Şikayətçilər aidiyyəti qurumlara müraciət edirlər ki, onlara lazımi dəstək göstərilsin. Mob: 051-673-24-62

​
“AZƏRİQAZ” İB-nin​ əməkdaşları sahibkarı təhdid edirlər -​ ŞOK FAKT (FOTO/VİDEO)

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Bu gün sahibkarlıq əhəmiyyətli sahə olsa da, Şəmkirdə buna əhəmiyyət verilmir

​ ​ Hal-hazırda ölkəmizdə sahbkarlığın müxtəlif sahələri ilə məşğul olan neçə-neçə şəxslər var ki, onlar həm ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, həm də əhalinin gündəlk ən zəruri mallar olan ehtiyaclarının təmin olunmasında yaxından iştrak edirlər. Bu gün​ sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən biri də, Şəmkir rayonu, Qılıncbəyli kənd sakini Rüstəmov Kəramət Şəmməd oğludur. Adı çəkilən bu şəxs neçə illərdir ki, belə bir fəaliyyət növü ilə məşğul olsa da, Gundemxeber.Az-ın əldə etdiyi məlumata görə hal-hazırda o, olmazın problemlə üz-üzə qalıb. Problemə səbəb “AZƏRİQAZ” İB-i ilə, Kəramət Rüstəmov arasında əmələ gələn anlaşılmazlığın varlığıdır. Belə ki, bu şəxsə məxsus 5,5 ha sahəsi olan istixanada əsasən pomidor və xiyar yetirşdirilir. Hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kəramət Rüstəmovun, sahiblik etdiyi istixanada mavi qazdan istifadəyə görə xeyli məbləğdə borcu əmələ gəlib. Belə bir səbəb üzündən də, təqribən üç-dörd gün bundan öncə “AZƏRİQAZ” İB-i,​ Şəmkir Regional​ Qaz İstismar İdarəsinin əməkdaşları istixanaya gəlirlər və mavi qazın dayandırılacağı haqda​ Kəramət Rüstəmova öz xəbərdarlıqlarını çatdırırlar. Onu da qeyd edək ki, əgər​ Şəmkir Regional​ Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən belə bir addım atılarsa, o halda​ 5,5 ha sahəsi olan istixanada yetişdirilən pomidor və xiyar məhsullarının hamısı məhv olacaq, sahibkar Kəramət Rüstəmov isə, tamamilə müflisləşəcək. Çünki, gecələr elə hallar olub ki, temperatur 7-10 dərəcəyə kimi aşağı düşüb.

“AZƏRİQAZ” İB-nin​ əməkdaşları sahibkarı təhdid edirlər -​ ŞOK FAKT (FOTO/VİDEO)


​ ​ O da hər kəsə bəllidir ki, Şəmkir rayonu ərazisindəki istixanalarda pomidor və xiyar məhsulları aprel ayının sonuna kimi yetişir. Həmin vaxtdan məhsulların satışı başlayır və satışdan əldə olunan gəlirlərlə, məhz sahibkarlar mavi qazdan istifadəyə görə yığılmış borcları ödəməyə başlayırlar. Diqqəti o məqama da yönəldək ki, sahibkar Kəramət Rüstəmov təkcə 2019-cu ildə “AZƏRİQAZ” İB-inin hesabına 421.057 (dörd yüz iyirmi bir) min manat ödəniş həyata keçirib. Yəni, əldə etdiyimiz şifahi məlumatlara görə digər rayonlarda olduğu kimi Şəmkir rayonu ərazisində də, sahibkarlarla​ Şəmkir Regional​ Qaz İstismar İdarəsinin əməkdaşları​ arasında belə bir razılaşma əldə olunur və əmələ gələn borclar məhsul satışı həyata keçirildikdən sonra ödənilir. “Gundemxeber.Az saytının əldə etdiyi məlumatlara görə, bu gün​ Şəmkir Regional​ Qaz İstismar İdarəsinin əməkdaşları​ sahibkar Kəramət Rüstəmova qarşı bir növ höcətlik edir və onu mavi qazın dayandırılacağı hədəsi ilə hədələyirlər. Onu da qeyd edək ki, həmin istixanada təqribən 40 nəfər işçinin çalışdığı bildirilir. Əgər istixanaya verilən mavi qazın dayandırılması baş verərsə, o halda nənki sahibkar zərər çəkəcək, hətta işçilərin ailə üzvləri də ac qalacaqlar. Çünki, işçilər ailə üzvlərinin dolanışığını istixananın fəaliyyət göstərməsi səbəbindən təmin edə bilirlər.

​ ​ ​ Bir faktı da qeyd edək ki, cənab Prezidentin 19 mart 2020-ci il tarixli fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Bu fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə yanaşı, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer aldı ki, həmin ödəmələrin həyata keçirilməsində sahibkarlar daha fəallıq nümayiş etdirdilər. O da hər kəsə bəllidir ki, cənab Prezident hər zaman, xüsusilə də ən çətin vaxtlarda hər bir Azərbaycan vətəndaşından öz diqqət və qayğısını əsirgəmir, sahibkarlara, özəl sektorun inkişafına lazım olan dəstəyini də göstərir. Bəli, ölkə sahibkarlarının belə bir vaxtlarda öz səylərini, təşəbbüslərini birləşdirmələri, Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olmaları, dövlətimizlə həmrəy olduqlarını nümayiş etdirmələri və s. olduqca alqışlanan addımlardandır.

​ ​ O halda sual oluna bilər ki, indiki vaxtda “AZƏRİQAZ” İB-i,​ Şəmkir Regional​ Qaz İstismar İdarəsi əməkdaşlarının sahibkar Kəramət Rüstəmova qarşı belə bir yanaşma ortaya qoymalarının kökündə nələr durur? Bir tərəfdə ölkə rəhbəri cənab İlham Əliyev sahibkarlara qarşı həssaslıq nümayiş etdirir, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlarını verir, digər tərəfdə isə, 40 nəfər işçinin işlə təmin olunmasına, onların ailə üzvlərinin dolanmasına şərait yaradan sahibkar “gözümçıxdıya salınır”. Ona görə də həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kəramət Rüstəmov, həm də qeyd olunan istixanada çalışan 40 nəfər işçilər, üz-üzə qaldıqları belə bir problemin həllində aidiyyatı dövlət qurumlarından, ələlxüsus ölkə rəhbəri cənab İlham Əliyevdən onlara köməklik göstərmələrini xahiş edirlər.
Mövzunu diqqətdə saxlayacağıq.

Videonu izləmək üçün linkə daxil olun;

https://m.facebook.com/story.php?story_fbid=1193189564191368&id=100005010071940

​ GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkirli sahibkarın İlham Əliyevə şok müraciəti...

    Şəmkirli sahibkarın İlham Əliyevə şok müraciəti... ...

    16-10-2015, 13:49

  • 
  • Komada olan jurnalistlə bağlı İlham Əliyevə müraciət olundu

    Komada olan jurnalistlə bağlı İlham Əliyevə ...

    31-12-2013, 00:31

  • 
  • Həbsdəki "Nida"çılardan İlham Əliyevə müraciət

    Həbsdəki "Nida"çılardan İlham Əliyevə ...

    30-09-2014, 17:59

  • 
  • Ölümlə üz-üzə qalan az yaşlı Zəhraya görə prezidentə müraciət edildi - FOTO/VİDEO

    Ölümlə üz-üzə qalan az yaşlı Zəhraya görə ...

    1-04-2020, 15:05

  • 
  • PREZİDENTƏ ŞOK ŞİKAYƏT OLUNDU (VIDEO)

    PREZİDENTƏ ŞOK ŞİKAYƏT OLUNDU (VIDEO) ...

    9-12-2014, 22:43


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu