Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Sözün həqiqi mənasında çobanlığa layiq olan, media ilə yaxından -uzaqdan heç bir əlaqəsi olmayan bu adam uzun illər ərzində Azərbaycan mətbuatını məhvə sürüklədi.
Təsadüfi deyil ki, məhz bu səbəbdən də onun vəzifədən qovulmağı belə sevinclə qarşılanır. Bu adam başına topladığı bir neçə baş redaktorla dövlətin mətbuatın inkişafı üçün ayırdığı pulları yeyib , dağıtmaqla məşğul olub.
Hesab edirəm ki, Vüqar Səfərlinin vəzifədən azad edilməsi kifayət deyil. Onunla bağlı mütləq mənada cinayət işi açılmalıdır. Ən başlıcası, KİVDF-dən qəzetlərə ayrılan vəsaitlərin, birdəfəlik yardımların necə xərcləndiyi ilə bağlı hüquqi araşdırma aparılmalıdır.
10 il ərzində KİVDF-dən maliyyə alan qəzetlərin redaksiyaları və maddi texniki bazalarının hansı səviyyədə olması yoxlanılmalıdır. Jurnalistlərə verilən məvaciblərin azlığı, pulun böyük hissəsinin baş redaktorlar tərəfindən talanması və buna Vüqar Səfərlinin niyə göz yumması araşdırılmalıdır.
Ən başlıcası isə Prezidentin mediaya göstərdiyi böyük qayğı layihəsi olan jurnalistlərə evlərin paylanması ilə bağlı prosesin hansı saxtakarlıqla həyata keçirildiyi, ev almağa layiq olan əsl jurnalistlərin necə kənarda saxlanılması, hətta evlərin müəyyən rüşvətin müqabilində layiq olmayan adamlara satıldığına dair səslənən iddialar ciddi araşdırılmalıdır.
Təkcə Vüqar Səfərlinin özünə məxsus olan "Mövqe" və ona yaxın qəzetlərdə evlərin kimlərə verildiyi araşdırılsa, və həmin "jurnalistlərdən" bir otağa salmaq şərti ilə sərbəst mövzuda inşa yazmaq tələb edilsə, Prezidentə hansı yalanların söyləndiyi üzə çıxar. Məlum olar ki, evlər jurnalist adı ilə katibələrə, baş redaktorların yazı yaza bilməyən yaxın ada paylanılıb. Bu cinayətləri törədən adamı yalnız vəzifədən azad etməklə kifayətlənmək olarmı? Məncə, ona həbs daha çox yaraşır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?