GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Vüqar Səfərlinin 5 milyonluq maxinasiyası

Vüqar Səfərlinin 5 milyonluq maxinasiyası

Tarix: 6-05-2013, 09:03 Bölmə :Maraqlı Baxış: 1 241
Vüqar Səfərlinin 5 milyonluq maxinasiyası
Jurnalistlərə tikilən binaya ayrılan vəsaitin banka qoyulan depozitindən 3 illik faiz mənimsənilib; KİVDF rəhbəri isə özünü “prorab” sayır

Mərhum şair Qabilin “Səhv düşəndə yerimiz” şeiri Vüqar Səfərlinin son günlərdəki bütün antropotoloji vəziyyətinə uyğun gəlir. Ötən həftənin ən savadsız və gözlənilən müsahibəsi ilə yadda V.Səfərli olan-qalan bütün imicini bununla da alt-üst etdi. Əvvəla, Azərbaycan kimi absurdların adiləşdiyi bir ölkədə KİVDF kimi qurumun V.Səfərliyə tapşırılması şedevrdir. V.Səfərli kimi adam demokratik və qanuni dövlətdə olsa-olsa sadəcə, inşaat mühəndisi işləyə bilər.
Axı özünün də dediyi kimi, jurnalistlərə veriləcək binanı tikib təhvil vermək ona tapşırılıb. Görünür, cənab Səfərli özünü ya tikinti şirkətinin müdiri hesab edir, ya da iş icraçısı. Mətbuatın da bu günə kimi xəbəri olmayıb ki, KİVDF rəhbəri əslində “prorab” işləyirmiş. Gəlin, jurnalistlərə tikilən bina ilə bağlı müxbirin Səfərliyə verdiyi suala cavabını oxuyaq: “Mənim işim yalnız binanı tikib təhvil verməkdir. Mənə hələ ki, bu tapşırılıb. Yazın ki, jurnalistlərə bu haqda geniş məlumat veriləcək, ola bilsin mətbuat konfransı keçirilsin”.
KİVDF rəhbərinin heç nədən xəbəri yoxdur və ümumiyyətlə, evlərin hansı prinsiplər, meyarlar çərçivəsində paylanacağını bilmir. Əlbəttə, onun marionetka olduğunu və qərarların PA-da verildiyini 1 yaşlı körpə də bilir. Amma mətbuata aid quruma başçılıq edən şəxsin savadsız müsahibəsi və tikintiyə nəzarət etdiyini deməsi sadəcə rüsvayçılıqdır.
Məsələnin, digər ciddi bir tərəfi isə bu binaya qoyulan 5 milyon manat depozitdir. Banka qoyulan bu hesabın 3 il faizini mənimsəyiblər və bundan sonra yada düşüb ki, binanı inşa etmək vaxtıdır. Bunu qəzetimizə mötəbər bir qaynaq bildirib. Əgər V.Səfərli tikintiyə rəhbərlik edibsə deməli, 5 milyonluq vəsaitin mənimsənilməsində və maxinasiyalarda çox mühüm rolu olub.
İndisə yaxasını kənara çəkən KİVDF rəhbəri bununla da məsuliyyəti üzərindən atmaq və əgər qanunsuzluq faktı aşkarlanarsa ənənəvi olaraq hansısa günahsız fəhləni qurban verməyi planlaşdırır. Onun səlahiyyətində olsa sevmədiyi qəzetlərə, ümumən tənqidi media nümayəndələrinə mənzil verməz. Öz oğluna dövlətin pullarını peşkəş edən, müsabiqələrdən oğlunun qəzetinin əməkdaşlarını qalib çıxaran bir məmurdan bundan artığını gözləmək olmaz.
Milli Mətbuata günü yaxınlaşan ərəfədə isə jurnalistlərin binası məsələsi daha da qabaracaq və gərginlik yaranacaq. Səfərli isə məsuliyyəti boynundan atmaqla jurnalistlərə veriləcək evlərdən sonra hədəfə çıxmaq istəmir. O jurnalistlərin narazılığı olacağı halda mənzillərin PA tərəfindən verildiyini əsas gətirəcək. Ki, heç kim onu təqsirkar qismində görməsin.
Adı məhkəmələrdə, mətbuata qarşı qərəzlilikdə, maxinasiyalarda hallanan və qəzetləri satın almaq hiyləsi ilə yaşayan bir məmurun özünü təmiz çıxarmaq cəhdləri puça çıxacaq. Xüsusilə də bina məsələsində özünü rəzil günə qoyması onu gələcək fəaliyyətini böyük qaranlıq salıb.
Ümumiyyətlə, 4 ildən çoxdur bu fond yaradılıb və keçirdiyi bütün müsabiqələr həmişə narazılığa səbəb olub. Bunun da yeganə səbəbi odur ki, müsabiqələr ədalətli şəkildə keçirilmir. Müsabiqələrdə hər zaman özfəaliyyət, qohumbazlıq, yerlibazlıq, hətta ailəbazlıq əsas amil kimi götürülür.
Qeyd etdiklərimizin başında isə KİVDF fondunun icraçı direktoru dayanır. Onun mətbuata, KİV-ə aidiyyatı yoxdur. V.Səfərlinin işi qəzet satmaq olub. KİV fonduna icraçı direktor təyin olunandan sonra da bu adam özünü mətbuata uyğunlaşdıra bilmədi. Diqqət yetirin, müsabiqənin qalibləri kimlərdir, bir qrup hakimiyyətyönlü mətbuat orqanlarının jurnalistləri, bir neçə müxalifət yazarı və V.Səfərlinin “çoxtirajlı” qəzeti olan “Mövqe”nin əməkdaşları. Hansı ki, o qəzetin ictimai yükü divarlara yapışdırılan elan vərəqələri qədər deyil. Amma qəzetə 10 min manatlar ayrılır.
Vüqar Səfərli hər müsabiqədə bir nəfəri qalib etdirir. Ən acınacaqlısı odur ki, bu qədər imkanlara malik bir adam bütün normaları, hətta ictimai qınağı nəzərə almadan belə əli qələm tuta bilməyən oğluna da min manat mükafat verdirir. Özü də həmin yazının dərc olunduğu qəzetin çapında ciddi saxtakarlıq etməklə. Xatırlayırsınızsa, həmin qalmaqal mətbuata çıxarılmışdı və böyük skandala səbəb olmuşdu. Belə bir məmurun isə azadlıq sevər bir sahədə hegemonluq etməsi, müsabiqələrdə istədiyi adamı qalib elan etməsi mətbuatın gələcəyinə balta vurur. Onun müsabiqələri münasibəti necədirsə, jurnalistlərə mənzil verilməsi də eynidir.
V.Səfərlinin qohumlarından 10 dəfə qabiliyyətli adamlar var, hamısı da kənarda qalıb. Artıq bu, prezidentin mətbuatla bağlı siyasətinə, iradəsinə qarşı çıxmaqdır. V.Səfərli pul ayrılan jurnalistlərə və qəzet baş redaktorlarına elə münasibət sərgiləyir ki, guya öz cibindən kömək edir. Unutmasın ki, həmin pullar heç kimin dədəsindən qalmayıb. O pullar xalqındır. Onu da haqqı olana vermək lazımdır. Bütün bunlar və onun müsahibəsi göstərir ki, Səfərli vəzifəsinin öhdəsindən gələ bilmir. Ona görə də tutduğu vəzifədən istefa verməlidir. İstefaya getməsinin ən əsas səbəbi onun KİVDF-də jurnalistlərin binasına ayrılan vəsaitin xərclənməsində olan qeyri-şəffaflıqdır. Hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır.

H.Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüqar Səfərli özünü biabır etdi

    Vüqar Səfərli özünü biabır etdi ...

    4-05-2013, 00:52

  • 
  • Mənzil alan jurnalistlərə açarlar təqdim edildi

    Mənzil alan jurnalistlərə açarlar təqdim edildi ...

    24-12-2013, 17:07

  • 
  • Jurnalistlər üçün tikilən ikinci binanın təhvil veriləcəyi vaxt açıqlandı

    Jurnalistlər üçün tikilən ikinci binanın təhvil ...

    24-12-2015, 15:11

  • 
  • Jurnalistlərə mənzillərin açarı verilməyib

    Jurnalistlərə mənzillərin açarı verilməyib ...

    23-07-2013, 17:25

  • 
  • KİVDF “Azadlıq”a maliyyə ayırmağı dayandırdı

    KİVDF “Azadlıq”a maliyyə ayırmağı dayandırdı ...

    27-11-2013, 20:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu