GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik..." - GİLEY

"Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik..." - GİLEY

Tarix: 7-04-2020, 13:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 663
"Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik..." - GİLEY


Sadıqovlar ailəsi 4 ildən artıqdır ki, Gəncənin Teymur Hacıyev küçəsində yerləşən zirzəmidə yaşayır. 5 nəfərdən ibarət ailədə 3 azyaşlı, məktəbli var.

GundemXeber.Az-ın dia.az-a istinadən əldə etdiyi məlumatda bildirir ki, ailə başçısı Saməddin Sadıqov əvvəl usta kimi işləyirmiş. Bu zaman ailə kirayədə qalırmış. Sonradan 2 dəfə ağır mədə əməliyyatı keçirib, iş qabiliyyətini itirib. Bundan sonra ailə aylıq ödədiyi kirayə haqqını çatdırmayıb. Nəticədə, tək yaşayan, yaşlı bir qadın evini təmizləmək, yeməyini bişirmək, işlərini görmək müqabilində ailəyə evinin zirməsini təklif edib.

“Görürsünüz, darısqal, nəmişlik və qaranlıq yerdir. Uşaqların üçün də burada revmatizma xəstəliyi tapıblar. Günün günorta çağı da evdə işıq yandırırıq. Başqa cür mümkün deyil. Elektrik xətləri o qədər köhnədir ki, tez-tez xarab olur. Bəzən günlərlə işıqsız qalırıq. Bu uşaqlar dərslərini şam işığında oxumalı olurlar”.

48 yaşlı ana Elmira Sadıqova belə deyir. Ana bilmir hansı problemindən danışsın. Deyir, indiyə qədər dəfələrlə aidiyyatı qurumlardan kömək istəyiblər. Dadlarına çatan olmayıb. İlk dəfədir ki, kimsə qapılarını açır, o da şikayətlərini dinləməyə: “Bilirəm, medianın əlindən nə gələ bilər? Ancaq çəkib göstərəcək. Bəlkə aidiyyatı qurumlar bundan sonra baxıb utana, bizə bir kömək edələr. Çox şey istəmirik. Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik. Sosial yardım üçün yalvarmışıq. Vermirlər. İş üçün müraciət etmişik. Uyğun iş tapılmır ki, tapılmır. İcra Hakimiyyətinə də düz 4 dəfə getmişik. Onun üçü Elmar Vəliyevin dövründə, biri də yeni başçı gələndən sonra. Hər dəfə kömək olacaq, deyib, yola salıblar. Bu günədək heç bir köməklərini görməmişik”.

Saməddin Sadıqov deyir ki, yaxşı işləyə bildiyi zamanlarda kimsəyə ehtiyacları olmayıb. Hətta ev almaq haqqında da düşünüblər. Elə ki, səhhətində problem yaranıb, həyatlarında hər şey alt-üst olub: “Xaricdə küçədə yatanlara da dövlət kömək edir. Mən çox şey istəmirəm. Bizə sosial yardım ayırsınlar. Heç olmasa, evə bir qəpik pul girsin. Biz də həmin puldan kənara atıb özümüzə bir sot torpaq alaq. Ya da bizə 1-cə sot torpaq versinlər, canım cəhənnəm, birtəhər işləyib içində özümüzə ev tikərik. Vallah, yemərik, içmərik, nəsə edərik”.

Elmira Sadıqova şəraitsizlikdən, çətinlikdən bezib. Deyir, tək ümidi uşaqlarıdır, onların gələcəyidir: “İnanın, üçü də əlaçıdır. Hətta indiki qaldığımız yer məktəblərinə uzaqdır. Çıxarıb, yaxınlıqdakı məktəbə qoymaq istədik. Müəllimələri qoymadı, o cür yaxşı şagirdləri itirmək istəmədilər. İndi uzaqdakı, keçmiş məktəblərinə gedib-gəlirlər. O da ki marşurt yoludur. Çox vaxt pulları da olmur. Məcbur olub, 1 saat yarım əvvəldən çıxıb, piyada getməli olurlar. Heç olmasa avtobus belə şagirdlər üçün pulsuz deyil. Bu ölkədə yaşamaq zülmdür”.

Elmira Sadıqovanın ən böyük arzusu işıqlı mənzilinin olmasıdır. Deyir, lap 2 otaq olsun, kiçik olsun, amma işıqlı və quru olsun: “Nəmişlikdən bezmişik. Baxın, yerimiz, çarpayımız yoxdur. Uşaqlara yerdən yataq salıram. Gecələri dəhşətli soyuq olur. Deyirlər: “Ana, bizim yerimiz sudur”. Baxıram, o qədər soyuq və nəmişlikdir ki, yazıq uşaqlar gecələri qızına bilmirlər. Ayaqları, sümükləri bütün günü sızıldayır. Təkcə, uşaqlarda yox, elə hamımızda”.

Saməddin Sadıqov metal toplayıb, satır. Ailəsinin gündəlik xərclərini bununla çıxarır. Deyir, həmin gəlirlə nəinki ev al, heç kirayə də çıxa bilməzlər: “Çörəyə və kommunal xərclərə güclə yetir. İndi də zirzəmisində qaldığımız qadın deyir ki, yaxında uşaqları Rusiyadan qayıdacaq. Onun da nəvələri var. Zirzəmi olsa da, həyəti kiçikdir, bir yerə açılır. Onlar gələnə qədər bizdən bir yer tapıb, çıxmağımızı xahiş edib. Sağ olsun, 4 ildir saxlayır, ona bir şey deyə bilmərəm. Heç kimin heç kimə borcu yoxdur. Vətəndaşa köməyi də, dəstəyi də dövlət verməlidir, ayrı-ayrı adamlardan nə gözləmək olar ki? İndidən məni dərd alıb. 3 uşaqla hara gedək, bilmirik. Heç yerdən gümanımız yoxdur”.

Elmira Sadıqovanın gözünə gecələr yuxu getmir. Deyir, bütün gecəni uşaqlarına nəzarət edir. Son vaxtlar içəri tez-tez siçovul, kərtənkələ girir: “Qorxuram, ancaq başqa çarəmiz yoxdur. Mən yaşamışam, bilirəm bu dünyada çarəsizlikdən pis hiss yoxdur”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AAAF kompleksinin sakinləri günlərlə işıqsız qalır

    AAAF kompleksinin sakinləri günlərlə işıqsız qalır ...

    14-06-2017, 18:27

  • 
  • Bakıda ailə səkkiz ildir tualetdə yaşayır - Dəhşət

    Bakıda ailə səkkiz ildir tualetdə yaşayır - Dəhşət ...

    5-02-2019, 12:46

  • 
  • Ana 6 uşağını küçəyə atdı

    Ana 6 uşağını küçəyə atdı ...

    13-06-2018, 10:33

  • 
  • Sumqayıtda 45 yaşlı qadın kirayədə qaldığı evdə öldürülüb

    Sumqayıtda 45 yaşlı qadın kirayədə qaldığı evdə ...

    26-09-2013, 11:21

  • 
  • 25 yaşlı oğlan 45 yaşlı sevgilisini öldürdü

    25 yaşlı oğlan 45 yaşlı sevgilisini öldürdü ...

    13-02-2017, 00:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu