KXCP sədri Mirmahmud Mirəlioğlu Parlamentdə böyük vətən müharibəsinin 75- ci medalının təsisi ilə bağlı müzakirələrə mövqei sərt olub.
Sədrin ünvanladığı fikirləri GundemXeber.Az-ın çoxsaylı oxucularına olduğu kimi təqdim edirik: ''09 aprel 2020 - ci ildə, işə götürülmələrinin 2 ayı tamam olan 121 anti milli ışçının böyük vətən müharibəsinin 75- ci medalını təsis etməsinə etiraz edənlərə, Aydın bəyə təşəkkür edib, İlham Əliyevə təklif edirəm: 1. 09 fevral 2020 - ci ildə təyin etdiyiniz və ya işə götürdüyünüz yaramaz, savadsız, kütbeyin, anti milli, 5- ci kolonun nümayəndələrindən ibarət işçilərin sağalmaz xəstəliyini nəzərə alaraq, AZƏRBAYCANımızı qorumaq üçün təcili karantin elan edin! Durğu işarələri ilə işləməkdə təcrübəli olduğunuza görə, bu işi - ? işarəsinin mahir ifaçısı olan baş nazir Əli Əsədova həvalə etməyin. 121 - lərə kiçik xatırlatma: Oturdulduğunz zal, 1918 - ci ilin martında törədilmiş TÜRK - MÜSƏLMAN SOYQIRIMI nəticəsində yaranmış, Çəmbərəkənd qəbristanlığının mərkəzidir... Bu zalda, 20 yanvara münasibətlə bağlı sənəd qəbul elətdirilib... Bu zalda, 18 OKTYABR 1991 - ci ildə MÜSTƏQİLLİK HAQQINDA KONSTİTUSİYA AKTI qəbul olunub... İçinizdə neçə dilçi, hüquqşünas, alim var? Moskva əvəzinə medal təsis edirsiniz?... Qudurmusunuz?... Qərarınızı sizə yedirərlər... Ağıllı olun, uşaqlar... ALLAH şəfa versin... ALLAH hidayət eləsin... Sizin başa düşəcəyinizə inanaraq, gözləyirəm.''
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?