Bu gün Qobu qəsəbəsindən başlayaraq Müşfiqabad qəsəbəsinə qədər,100minə yaxın insanın məskunlaşdığı ərazilər elektrik enerjisindən məhrum olub.2 saata yaxındır ki,adıçəkilən ərazilərdə işıq yoxdur.
İnsanlar küçələrə çıxır,nə baş verdiyini anlamaq üçün bir-birindən sorğu sual edirlər."Azərişığın" qaynar xətti bildirir ki, ərazidə təmir işləri aparılır və bu proses bir neçə saat davam edəcək.Qeyri- rəsmi mənbələrdən aldığımız məlumatlara görə "Azərenerji"nin rəhbəri Baba Rzayevlə,"Azərişığ"ın yeni rəhbəri Vüqar Əhmədovun münasibətlərində bir müddətdir ki, soyuqluq yaranıb.Bir-birinə qarşı kompromat savaşına çıxan qurum rəhbərlərinin arasında yaranan anlaşılmazlığın əziyyətini insanlar çəkirlər.Elektrik enerjisi təminatında yaranmış məhdudiyyətlərlə bağlı hər iki qurumun mətbuat xidmətlərinə ünvanladığımız suallara bizi qane edən cavablar ala bilmədik.Adamlara başa sala bilmədik ki,xüsusi karantin rejimi dövründə evdə oturan vətəndaşların işığını kəsməklə onların onsuz da gərgin olan psixoloji və emosional durumuna ciddi zərbə vurursunuz.Təmir işlərini bir müddət sonraya saxlaya bilməzsinizmi?Mağara təfəkkürlü hansı gerizəkalının ideyasıdır bu?...Məntiq onu deyir ki,bu qurumların rəhbərləri belə həssas zamanda insanları məcbiriyyət qarşısında etiraz aksiyalarına təhrik etməklə onıarı dövlətdən narazı salırlar.Hər halda görünən mənzərə bundan ibarətdir.Problemi nəzarətdə saxlayaraq yaxın saatlarda əlavə məlumat verəcəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?