GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gömrük Komitəsi xarici nömrəli maşın sürənlərə zülm edir: - gündəlik pul yığılır

Gömrük Komitəsi xarici nömrəli maşın sürənlərə zülm edir: - gündəlik pul yığılır

Tarix: 24-04-2020, 13:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 378
Gömrük Komitəsi xarici nömrəli maşın sürənlərə zülm edir: - gündəlik pul yığılır


COVİD-19 virusu ilə əlaqədar olaraq dövlət sərhədlərinin bağlanması Azərbaycanda qalan xarici ölkə vətəndaşları üçün əməlli-başlı problem yaradıb.

Gundemxeber.Az bildirir ki,avtosfer.az-a müraciət edən Gürcüstan vətəndaşlarından biri deyir ki, sərhədlərin bağlı olması ilə əlaqədar olaraq Azərbaycanda qalıb. "Ölkədə qalma vaxtını rüsum ödəyərək artıra bilirik. Amma idarə etdiyimiz avtomobilləri Dövlət Gömrük Komitəsi "Meyvəli" adlanan ərazidə dayanacaqda saxlayır. Gündəlik olaraq 1 manat 50 qəpik məbləğində dayanacaq pulu ödəyirik. Elə şərait yaradılıblar ki, əgər bunu etməsək ilkin olaraq 150 manat, daha sonra isə artımla cərimə olunacağıq. Müraciət edib depozit olaraq pul qoymaq istəsək də deyirlər ki, gərək sərhədlər açılsın, siz Gürcüstana keçib gələrsiniz, sonra depozit qoya bilərsiniz. Amma yeni dəyişikliklərə əsasən 90 gün müddətində ölkədə avtomobil idarə edə bilərik, sonradan isə depozit qoyub vaxtı 1 ilədək uzatmaq olar. Amma Dövlət Gömrük Komitəsi hələ də köhnə qayda ilə gedir. Mayın 24-ə qədər isə avtomobillər dayanacaqda qalmalıdır. Çünki Gürcüstanda karantin mayın 24-də bitəcək. Hazırda dayanacaqda minlərlə avtomobil var. Dərdimizi kimə deyəcəyimizi bilmirik."
Şikayətçi deyir ki, onsuz da onlardan rüsum alıb Azərbaycanda qalmaq vaxtımızı artırırlar. "İndi boş yerə gündəlik dayanacaq pulu veririk. Amma mövcud qanunvericiliyə görə, biz depozit qoyub avtomobilimizi idarə edə bilərik. Həmçinin 90 günü tamam olmayan yüzlərlə sürücü var ki, avtomobili saxlanılır."
Qeyd edək ki, Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, avtomobillərin müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində 90 gün məhdudiyyət müəyyənləşib.
Qərarı şərh edən hüquqşünas Ərşad Hüseynov bildirib ki, Nazirlər kabinetinin 305 saylı qərarı xarici ölkələrdə fiziki şəxslər tərəfindən müxtəlif əmtəələrin, o cümlədən nəqliyyat vasitələrinin Azərbaycana sadələşdirilmiş qaydada gətirilməsi prosedurlarını tənzimləyir. "Qeyd etdiyimiz qərarda nəqliyyat vasitələrin Azərbaycana şəxsi istifadə üçün həm müvəqqəti gətirmə, həm daimi gətirməsini öz əksini tapıb.
Qaydanın əvvəlki redaksiyasında Azərbaycan vətəndaşı olmayan şəxs xaricdən avtomobil gətirdikdə ilk üç ay müddətində heç bir gömrük ödənişləri lazım deyildi. Həmçinin bu müddəti üç ay olmaqla bir ilə qədər uzada bilərdi. Yəni, şəxs nəqliyyat vasitəsini üç ay müddətində ölkəyə gətirə və üç aydan sonra xarici ölkədə bir gün, hətta bir neçə saat qalıb geriyə qayıdırdısa müddət sıfırdan başlamış sayılırdı. Belə halda da gömrük təzminatı da lazım deyildi."
Hüquqşünas qeyd edib ki, yeni qüvvəyə minən qərar bu məsələyə aydınlıq gətirir. "Əgər şəxs üç ay sonra xaricə gedib qayıtsa belə 1 il ərzində cəmi 90 gün gömrük ödənişləri təminatı olmadan Azərbaycana xarici dövlət qeydiyyat nömrəli avtomobil gətirə bilər. Bu müddəti keçdikdə isə əlavə gömrük təminatı olmalıdır."



Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstan nömrəli maşın sürənlərə BƏD XƏBƏR: DYP hərəkətə keçdi

    Gürcüstan nömrəli maşın sürənlərə BƏD XƏBƏR: DYP ...

    13-02-2019, 13:49

  • 
  • Milli Depozit Mərkəzinin yeni rəhbərliyi təsdiq edilib

    Milli Depozit Mərkəzinin yeni rəhbərliyi təsdiq ...

    27-12-2018, 13:11

  • 
  • Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

    Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər ...

    6-12-2017, 22:35

  • 
  • Gömrükdə baş redaktordan rüsum əvəzinə 7500 manat rüşvət aldılar

    Gömrükdə baş redaktordan rüsum əvəzinə 7500 manat ...

    15-09-2013, 19:33

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu