Dənizə yaxın ərazidə yerləşən park getdikcə baxımsızlığın qurbanı olur. Qeyd edək ki, bu park 2000-ci illərdə Qaradağın ən məşhur istirahət güşələrindən, əhalinin ən çox axın etdiyi yerlərdən biri olub.
"Ələt parkı" adı ilə tanınan yaşıllıq zonasındakı qalan 5-10 ağacda baxımsızlıqdan məhv olmaq üzrədir. Parkın baxımsız olması insanların ayağını buradan kəsib.
Bir zamanlar insanların axın-axın gəldiyi parkda indi yalnız qarğalar gözə dəyir. Ağacların altında tikinti tullantıları qalaqlanıb. Skamyalar və tikililər dağıdılıb. Park uzun illər öncə tərk edilmiş xarabalığı xatırladır. Qəsəbədə yaşayan sakinlər deyir ki, qəsəbədə istirahət üçün bundan gözəl və ikinci yer yoxdur.
Xatırladaq ki, Ələt qəsəbəsində yerləşən park Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında gedir.
Ələt qəsəbəsinin sakinləri parkın təmir edilərək, əvvəlki vəziyyətinə qayıtmasını istədiklərini deyirlər.
Sorğu
Yeni dizaynımız necədir?