Gundemxeber.az » GündəmXəbər » “Azərbaycan, Azərbaycan! Biz verərik uğrunda can”: Milli Hökumətin himni: Bu dəfə Təbriz fədaisinin dilindən-NADİR VİDEO
“Azərbaycan, Azərbaycan! Biz verərik uğrunda can”: Milli Hökumətin himni: Bu dəfə Təbriz fədaisinin dilindən-NADİR VİDEO
1945-ci ildə Güney Azərbaycanda mövcud olmuş Milli Hökumətin himni yayılıb.
Gundemxeber.Az xəbər verir ki, himn Təbriz fədailərindən biri tərəfindən oxunur.
Xatırladaq ki, 1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökumətin paytaxtı Təbriz şəhəri olub. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi kimi dəyərləndirilir.
Azərbaycan Milli Hökumətinin 6 yanvar 1946 tarixli iclasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. On maddədən ibarət bu qərara görə, Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olunurdu. Bütün dövlət orqanları və idarələrdə yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri türk dilində (Azərbaycan dili) aparılmalı idi. Azərbaycanlı olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulurdu. Cənubi Azərbaycanda olan azlıqlara öz dillərindən tədris və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilir. Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilirdi. Azərbaycan Milli Hökumətinin Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildəaparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1№-li əmri ilə (1946 yanvar) həyata keçirilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?