GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri”ni Bakıya maskalılar gətirə bilər

Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri”ni Bakıya maskalılar gətirə bilər

Tarix: 6-05-2020, 15:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 702
Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri”ni Bakıya maskalılar gətirə bilər


Azərbaycanda yerli idarəçiliyin təkmilləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən islahatlar uğurla davam etdirilir. Yaxın keçmişdə fəaliyyət istiqamətləri bir-birini təkrarlayan qurumların birləşdirilməsi, səmərəsiz strukturların ləğv edilərək yeni və daha funksional orqanlarla əvəzlənməsi həmin islahatların nümunələri kimi göstərilə bilər.

Sevindik Hətəmovu qohumu necə “satdı”


Bu baxımdan son zamanlar ayrı-ayrı icra başçılarının yerlərinin dəyişdirilməsi də diqqətçəkən məqamlardandır. Heç kimə sirr deyil ki, hansısa icra başçısının uzun illər eyni rayonda çalışması istər-istəməz müəyyən durğunluğa, passivliyə gətirib çıxarır. Bu baxımdan icra başçılarının yerdəyişməsi yerli idarəçiliyin effektivliyini artıran amil kimi nəzərdən keçirilməlidir. Sonuncu belə kadr yerdəyişməsinə isə Saatlı və Sabirabad rayon icra hakimiyyətləri başçılarının təyinatları zamanı şahidlik etdik. Gubdemxeber.Az bildirir ki, proseslə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bu qəbildən olan kadr yerdəyişmələri bundan sonra da davam edəcək. Saytımıza daxil olan informasiyada vurğulanır ki, həsrətlə təyinatını gözləyən şəxslərdən biri də Salyan rayon icra hakimiyyətinin başçısı Hətəmov olub. Salyandakı mənbələrdən verilən məlumatda bildirilir ki, S.Hətəmovun Bakıya – yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır. Belə ki, S.Hətəmovun yaxın qohumu Oqtay adlı şəxs də bu yaxınlarda qohumunun yeni təyinat alacağını bildirib. Onu da qeyd edək ki, icra başçısının bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Eyni zamanda “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alınıb. Onu da bildirək ki, S.Hətəmovun arzusu Qaradağ rayonuna rəhbərlik etməkdir. Amma sən saydığını say…

İcra başçısı Bakıya başqa cür də gətirilə bilər…

Son günlər icra hakimiyyətlərində aparılan ardıcıl əməliyyatlardan sonra Sevindik Hətəmovun qan təzyiqi kəskin şəkildə yüksəlib və həkim nəzarətinə götürülüb. Şəkər və qan təzyiqindən əziyyət çəkən icra başçısının son günlər qorxu içində olduğu bildirilir. Sevindik Hətəmovun adı ölkə mətbuatında sahibkarlara divan tutan icra başçısı kimi də tez-tez hallandırılır. Özünün böyük biznes şəbəkəsi olan icra başçısının Salyanın yerli iş adamlarına qarşı aqressiv davranışı haqda da məlumatlar yetərincədir. Hazırda “Maskalılar xofu” ilə yaşayan Salyan RİH başçısının Bakıya gəlişinin özünün arzuladğı yox, başqa şəkildə baş verəcəyi istisna deyil.

Oxumamış “montyor” və ya daş karxanasında parlayan “ulduz”

Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb.1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib.

Karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olur

“Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı, 4 mart 2016-cı il tarixdə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunnur və bu günə qədər də həmin vəzifədə çalışır.

Yardımlıda, Salyanda “at oynadır”, Bakıda “tavan” verir

Bu salyan rayonunun hazırki rəhbərinin rəsmi tərcümeyi-halıdır. Əslən laçınlı olan icra başçısının həyatında daha çox diqqəti çəkən məqam daş karxanasında rəhbər olmasıdır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşmür. Məsələn bir neçə il öncə öncə Güzdəkdəki karxanasında Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan Yardımlı rəhbəri daha sonra eyni aqibəti Qaradağ rayon icra başçısı ilə yaşayıb. Belə ki, Süleyman Mikayılov rayon ərazisindəki bütün sahibkarlardan öz adamları vasitəsilə xeyriyyə aksiyasına qoşulmağı tələb edib. Qaradağda ən çox sahibkarların cəmləşdiyi və daş karnalarına sahib olan sahibkarlardan bu məbləğ alınıb. Mənbənin bildirdiyinə görə, Qarabağda bir neçə daş karxanasına sahib olan Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmovla Suleyman Mikayılov arasında qalmaqal daha da böyüyüb. Verilən məlumata görə ümumilikdə Qaradağda 10 karxanaya və üzlük daş istehsalı sexinə sahib olan Sevindik Hətəmov bu aksiyada iştirak etməkdən imtina edib və bu aksiyanın əsl mahiyyətini anlamadığını bildirib. Sevindik Hətəmovun tələb olunan pulu elan olunan bank hesabına köçürmək istəməməsi Süleyman Mikayılovun qəzəbinə səbəb olub. Bundan sonra 2 gün Sevindik Hətəmovun karxanalarına elektrik enerjisi verilməyib cə sonda Sevindik Hətəmovun karxanalarını idarə edən yaxını Miri adlı şəxs Süleyman Mikayılovun adamları ilə görüşərək razılığa gəlib.

Qohum əqrabaya yaradılan şərait

Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. Mənbənin bildirdiyinə görə, Sevindik Hətəmovun yaxın qolunu “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Tapdıq oğlu Abbaszadənin Laçın rayonunda millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də Mahir Abbaszadə də hər an Sevindik Hətəmovu yuxarı dairələrdə müdafiə edir. Sevindik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib və deyir ki, ”nə qədər dayın sağdır, ürəkli ol, heç nədən çəkinmə, səni hələ dayın daha yüksək vəzifəyə təyin etdirəcək”. Sevindik Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli kredit Cənnət kişinin adına ayrılıb. Bakıda İnqilab küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb. Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Oğlu Xətai və qızı Günay isə son model dəyəri 150 min dollar “Range-Rover” markalı maşınla işə gedirlər. “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçüsə 3 otaqdan ibarət 5 mənzili alıb. Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına almış və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model “Gözəllik Salonu”da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2018-ci ildə hansı kadr dəyişikliyi olacaq? - İDDİA

    2018-ci ildə hansı kadr dəyişikliyi olacaq? - ...

    4-01-2018, 23:57

  • 
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26

  • 
  • Hansı rayon başçıları ilə bağlı qərar verildi

    Hansı rayon başçıları ilə bağlı qərar verildi ...

    18-11-2013, 15:26

  • 
  • İlham Əliyevin köməkçisi seçkilər və icra başçılarının işdən çıxarılması haqda

    İlham Əliyevin köməkçisi seçkilər və icra ...

    15-02-2018, 13:03

  • 
  • İcra başçılarının təyinat məsələsi yanvara qaldı - ÖZƏL

    İcra başçılarının təyinat məsələsi yanvara qaldı ...

    23-10-2013, 23:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu