Göygöl rayon Üçtəpə kənd sakini Şahin Məmmədov GundemXeber.Az-a icra başçısı Arif Seyidovun özbaşınalığından Prezident Ilham Əliyevə etdiyi açıq müraciəti göndərib və dərc olunmasını xahiş edib. Biz də həmin müraciəti olduğu kimi oxucuların diqqətinə təqdim edirik:
''Hörmətli cənab Prezident! Mən Məmmədov Şahin Şakir oğluyam, 2016-cı il aprel döyüşlərinin iştirakçısıyam. Və həmin döyüşlərdə iştirakına görə Fəxri Fərmanla təltif edilmişəm. Göygöl rayonunun Üçtəpə kəndində yaşayıram. Ali təhsilliyəm. Müəllim işləyirəm. 2003-cü ildən YAP üzvüyəm. Ehtiyyatda olan zabitəm. Göygöl rayonunda olan acınacaqlı duruma dözə bilmirəm. İnanın ki, Göygöl rayonundakı vəziyyət, İmişli rayonundan fərqli deyil. Arif Seyidov Vilyam Hacıyevin təkcə yerlisi yox, həm də yaxın dostudur. Göygölün başçısı özünün mal-qara fermasını qardaşı Maarif vasitəsilə saxlayır. Təbii olaraq bu işi kasıb insanların otlaq sahələrini və torpağını zəbt edərək otartdırır. Göygöl xəstəxanasının qarşısında olan aptek Arif Seyidovundur. Göygöl xəstəxanasının öz aptekində "yoxa çıxan" dərmanlar həmin aptekdə tapılır. Göygöl xəstəxanasının qarşısında olan "Məkan" çay evi və "Elit" çay evi Arif Seyidovundur. Ümumiyyətlə Göygöl rayonunda Arif Seyidovun olmayan heç bir obyekt yoxdur. Ola da bilməz. Cənab Prezident 2014-cü ildə Arif Seyidovun qəbuluna getdim ki, bəs mədəniyyət şöbəsində korrupsiya halları var. Məni dinləmək əvəzinə, məni işdən azad etdilər. İllər sonra 2019-cu ildə mən Mədəniyyət şöbəsinin müdirini Seyidov işdən azad etdi. Haqq yerini qismən də olsa tuta bilər, indi Arif Seyidovun cəsarəti çatırsa, işin ucu ona və müavini Kəmalə İbrahimovaya çatmırsa, 2014-cü ildə etdiyim müraciət əsasında, mədəniyyət şöbəsində araşdırılma aparılsın. Ancaq Arif Seyidov mənə siz haqlı idiniz desin. Üzürxaqlıq etsin. Təbii ki, vaxt ayıra bilsə. Çünki onun belə "xırda" işlərlə məşğul olacaq vaxtı yoxdur. Arif Seyidovun nəzarətsizliyi ucbatından, rayonun məşğulluğunda, sosial müdafiə, rabitə və nəqliyyat sahələrində vəziyyət acınacaqlıdır. Arif Seyidovun başı öz şəxsi biznesini idarə etməyə qarışıb. Göygöl rayonunun idarə edilməsi onun vecinə də deyil. Bir sözlə Arif Seyidov Göygöl rayonunu idarə edə bilmir. Göygöl rayonu Allah ümidinə yaşayır. Cənab Prezident mən aprel döyüşçüsü olaraq, rayonumuzun bir ziyalısı kimi Sizdən xahiş edirəm ki, Arif Seyidova dur deyin. Heç olmasa yerini başqa bir rayona dəyişin.''
Sorğu
Yeni dizaynımız necədir?